Azərbaycan ilə Belçika arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur

Oktyabrın 4-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Belçikanın xarici siyasət idarəsinin ikitərəfli işlər üzrə baş direktoru Qeert Muyllenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti müzakirə olunmuşdur. Qonaqlara Azərbaycanın enerji strategiyası, regionda həyata keçirilən iqtisadi layihələrin əhəmiyyəti barədə ətraflı məlumat verilmişdir.
Görüşdə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın mühüm strateji rolu vurğulanaraq Avropa İttifaqı ilə ölkəmiz arasında münasibətlər, iqtisadi və enerji sahələrində əməkdaşlıq perspektivləri, eyni zamanda, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Q.Muyllenə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun sülh yolu ilə nizamlanması istiqamətində atılan addımlar barədə də ətraflı məlumat verilmiş, məsələnin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyi vurğulanmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında