Azərbaycan ilə Böyük Britaniya arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensial vardır

Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirmişlər ki, oktyabrın 4-də nazir Elmar Məmmədyarov Böyük Britaniyanın ölkəmizdə yeni təyin olunmuş səfiri Piter Beytmen ilə görüşmüşdür.
Etimadnaməsinin surətini nazirə təqdim edən P.Beytmen ölkəmizdə səfir təyin olunmasından məmnunluğunu ifadə etmişdir.
Diplomat ölkələrimiz arasında bir sıra istiqamətlərdə, xüsusilə iqtisadi və ticarət sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulamışdır. Səfir Azərbaycan-Böyük Britaniya əlaqələrinin daha da genişləndirilməsi istiqamətində səylər göstərəcəyini demişdir.
E.Məmmədyarov britaniyalı diplomatı Azərbaycanda səfir təyin olunması münasibətilə təbrik etmiş, ona işlərində müvəffəqiyyətlər arzulamışdır.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunmuşdur.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında