"Naxçıvan Aqrolizinq"Açıq Səhmdar Cəmiyyətinin Ordubad rayon bazası istifadəyə verilmişdir

Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq oktyabrın 4-də "Naxçıvan Aqrolizinq" ASC-nin Ordubad rayon bazası istifadəyə verilmişdir. "Naxçıvan Aqrolizinq" ASC-nin baş direktoru Vasif Məmmədov bu sahədə həyata keçirilən tədbirlər barədə məlumat vermişdir. 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov "Naxçıvan Aqrolizinq" ASC-nin Ordubad rayon bazasının istifadəyə verilməsi münasibətilə çıxış edərək demişdir:-Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi xəttin ölkəmizdə uğurla davam etdirilməsi nəticəsində kənd təsərrüfatı inkişaf edir, fermer və torpaq mülkiyyətçilərinə hərtərəfli dövlət qayğısı göstərilir. Kənd təsərrüfatının inkişafına kömək məqsədilə həyata keçirilən tədbirlərdən biri də aqrolizinq xidmətinin təşkilidir. 2005-ci ildə muxtar respublikada "Naxçıvan Aqrolizinq" ASC, az sonra isə cəmiyyətin rayon bazaları yaradılmışdır. Aqrolizinq xidmətinin yaradılmasında məqsəd kənd təsərrüfatı sahəsində çalışanların daha çox gəlir əldə etməsinə şərait yaratmaq, ərzaq məhsullarının qiymətin sabit saxlamaq və məhsul bolluğu yaratmaqdır. Muxtar respublikada aqrolizinq xidmətinin fəaliyyətinin genişləndirilməsinin nəticəsidir ki, bu gün kənd təsərrüfatı sahəsindəki işlər aqrotexniki qaydalara uyğun aparılır, texniki vasitələrlə təminat yüksək səviyyədə həyata keçirilir. Son illər torpaq mülkiyyətçilərinə güzəştli şərtlərlə kreditlər, gübrələr verilir, mühərrik yağlarının və yanacağının dəyəri ödənilir, lizinq xidməti göstərilir.
Kənd təsərrüfatının inkişafına göstərilən qayğının nəticəsidir ki, bu il muxtar respublikada taxıl biçini optimal müddətdə başa çatdırılmış, 34 min hektar sahədə biçin kampaniyası aparılmış, 101 min ton arpa və buğda tədarük edilmişdir, - deyən Ali Məclisin sədri qeyd etmişdir ki, Ordubad rayonunda 4 min hektara yaxın əkinəyararlı torpaq sahəsi vardır. "Naxçıvan Aqrolizinq" ASC-nin Ordubad rayon bazasının istifadəyə verilməsində məqsəd ondan ibarətdir ki, torpaq mülkiyyətçiləri, fermerlər aqrolizinq xidmətindən istifadə edə bilsinlər. Bu günə qədər Ordubad rayonunun fermerlərinə dövlətimiz tərəfindən hər cür kömək göstərilmiş, lizinq yolu ilə 28 texnika, 69 baş cins mal-qara satılmış, kənd təsərrüfatı sahəsində fermerlərin üzləşdikləri problemlər aradan qaldırılmışdır. Baza Ordubad rayonunda lizinq yolu ilə verilmiş digər texnikalara da xidmət göstərəcəkdir. Bu isə rayonda kənd təsərrüfatı işlərinin ahəngdar qurulmasına imkan verəcəkdir.
Açılışı bildirən lent kəsildikdən sonra binaya, anbarlara və texniki parka baxış olmuşdur.
Məlumat verilmişdir ki, Dəstə kəndində yerləşən bazanın binası iki mərtəbədən ibarətdir. Binanın birinci mərtəbəsində yeməkxana, çilingər otağı, ehtiyat hissələr üçün anbar və təmir sexi, ikinci mərtəbədə isə iş otaqları yerləşir.
Bazanın texnika parkında 12 boks yerləşir. Əkin və biçin işinin normal aparılması üçün bazaya kombayn, traktor, kotan, seqmentli otbiçən, toxum və gübrəsəpən, toxumtəmizləyən texnikalar verilmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında