Azərbaycanın və Rusiyanın daxili işlər nazirləri sərhəd regionlarında güc nazirliklərinin qarşılıqlı fəaliyyəti barədə razılığa gəlmişlər

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 4-də Quba şəhərində Azərbaycanın daxili işlər naziri, general-polkovnik R.Usubovun və Rusiyanın daxili işlər naziri, ordu generalı R.Nurqalievin iştirakı ilə sərhədyanı regionlarda ictimai təhlükəsizliyin təmin edilməsi və transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə işində razılaşdırılmış səylərin daha da fəallaşdırılması məsələlərinə həsr edilmiş müşavirə keçirilmişdir.
Müşavirədə hər iki nazirliyin sahəvi operativ xidmətlərinin, ərazi üzrə polis və daxili işlər orqanlarının rəhbərləri iştirak etmişlər.
Peşəkar qarşılıqlı əlaqələrin bir sıra prioritet məsələləri hərtərəfli müzakirə olunmuş, sərhədyanı ərazilərdə kriminogen vəziyyət təhlil edilmiş, bu istiqamətdə əməkdaşlığın vəziyyətinə prinsipial qiymət verilmiş, əlaqələrin inkişaf perspektivləri müəyyən edilmişdir.
Nazirlər razılıq hissi ilə qeyd etmişlər ki, sərhədyanı ərazilərdə ictimai təhlükəsizliyin təmin edilməsi üçün görülən praktiki təşkilati tədbirlərin səmərəliliyini artırmaq məqsədi ilə əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsi istiqamətində xeyli iş görülmüşdür. Müasir çağırışlara, beynəlxalq terrorizmin və transmilli mütəşəkkil cinayətkarlığın təhdidlərinə adekvat əks-təsir təmin olunur. Bununla bərabər, asayişin mühafizəsi, insanın hüquq və azadlıqlarının qorunması, qanunun aliliyinin təmin edilməsi üzrə səyləri daha da fəallaşdırmağın zəruriliyi vurğulanmışdır.
Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Daxili İşlər nazirliklərinin sərhədyanı ərazilərdə polisin və daxili işlər orqanlarının qarşılıqlı fəaliyyətinin razılaşdırılması və əlaqələndirilməsi üzrə ixtisaslaşdırılmış işçi qrupunun işi və sentyabrın 19-dan 25-dək keçirilmiş "Sərhəd-Sipər" profilaktik əməliyyat tədbirlərinin nəticələri haqqında hesabat dinlənmişdir.
Müzakirələrin yekunlarına əsasən, nazirlər müşavirənin protokolunu imzalamış, sərhədyanı ərazilərdə həyata keçirilən məqsədyönlü antikriminal fəaliyyətin konkret praktik məzmun kəsb etməsi üçün hüquq-mühafizə işinin yeni forma və metodlarından bundan sonra da istifadə etməyin zəruriliyini diqqətə çatdırmışlar.
Müşavirə konstruktiv əməkdaşlıq və qarşılıqlı anlaşma ruhunda keçmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında