Sarısu gölündə təhlükənin qarşısı alınır

Yağışların, sel sularının Kür və Araz çaylarında yaratdığı daşqınların qarşısının alınması üçün ən yüksək səviyyədə tədbirlər həyata keçirilir. Məlum təbii fəlakətin zərər vurduğu Saatlı rayonunda, Araz çayının sahilboyu yaşayış məntəqələrində suyun səviyyəsinin yenidən qalxması müşahidə olunur.
Bununla yanaşı, İmişli və Sabirabad rayonlarının ərazilərində yerləşən Sarısu gölündə də suyun səviyyəsinin artması Saatlının Məzrəli, Naharlı, Kamallı, Hacıqasımlı, Musalı, Nərimankənd, Dəlilər, Novruzlu kəndləri və 436 nəfərlik Nərimankənd məcburi köçkün qəsəbəsi üçün təhlükə yaratmışdır. Mayın 18-nə olan məlumata əsasən Fövqəladə Hallar Nazirliyinin, Rayon İcra Hakimiyyətinin, Suvarma Sistemləri İdarəsinin, Mil-Muğan Meşə Meliorasiya İdarəsinin, Melioservis İdarəsinin, Sabirabad Bəndatma İdarəsinin, "Azərkörpütikinti" İdarəsinin, "Azərenerji" ASC-nin tabeliyində olan "AZENKO" təşkilatının canlı qüvvələri və texnikası - 5000 nəfər və 99 maşın - mexanizm, Sabirabad rayonunun Qasımbəyli kəndi ərazisində yerləşən Sarısu gölü hövzəsində vəziyyəti qaydaya salmaq üçün cəlb olunmuşdur. Ərazidə suyun səviyyəsini aşağı salmaq üçün 54 su nasosundan və 130200 kisədən istifadə olunur.
Bir məsələni də qeyd etmək lazımdır ki, Kür çayının "şıltaqlıqları" nəticəsində öz evlərini tərk etmək məcburiyyətində qalan sabirabadlıların 2364 nəfəri (620 ailə) də Saatlı rayonunun kəndlərində yerləşdirilmişdir.
Əlli-yüz il ərzində bir dəfə baş verən bu cür fəlakətlər qarşısında duruş gətirilməsi, dövlət başçısı İlham Əliyevi yaranmış təsadların aradan qaldırılması istiqamətində qətiyyətli fəaliyyəti bütün dövlət orqanlarının vəhdət halında çalışması əhalidə böyük ruh yüksəkliyi yaratdı və bu inamı möhkəmləndirdi ki, doğrudan da, el gücü sel gücünə qalib gələ bilər. Əlbəttə, bütün saatlılılar inanırlar ki, yaranmış vəziyyət nə qədər gərgin olursa-olsun, sonunda Kür də, Araz da "ram" olunacaq və öz məcrasına axmağa davam edəcək, üstəlik əvvəllər olduğu kimi, insanlara fəlakət deyil, xeyir-bərəkət gətirəcək.

{nl}

Səməd HÜSEYNOĞLU, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında