Türkiyə Azərbaycana hərbi sənaye kompleksində həyata keçirilən bir sıra böyük layihələrə qoşulmağı təklif edib

Ankara Azərbaycanın "Altay" tank, ATAK helikopter, iriçaplı döyüş sursatları, artilleriya silahları, gəmiqayırma, müxtəlif silah sistemlərinin birgə istehsalı, həmçinin modern piyada tüfəngi layihələrində iştirakını istəyir.
Bu barədə APA-ya Bakıda səfərdə olan Türkiyənin hərbi nümayəndə heyətindən məlumat verilib.
Artıq Türkiyə tərəfi Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) hərbi sənaye kompleksində həyata keçirilən layihələrə qatılması ilə bağlı bir sıra təkliflər irəli sürüb.
Azərbaycanın bu layihələrdə iştirakı həm yerli hərbi sənayenin inkişafı, həm də təcrübə qazanılması baxımdan əhəmiyyətlidir. Eyni zamanda, rəsmi Bakı daha ucuz qiymətə NATO standartlarına cavab verən məhsullar əldə edə biləcək. Anlaşma əldə olunan layihələr üzrə müəyyən istehsal prosesləri Azərbaycanda reallaşdırılacaq.
Artıq MSN və Türkiyənin Makina və Kimya Sənayesi Təşkilatı (MKEK) arasında Modern Piyada Tüfəngi layihəsində Azərbaycanın iştirakı, MSN-lə ROKETSAN arasında 107 və 122 mm çaplı, artırılmış mənzilli reaktiv mərmilərin birgə istehsalına dair niyyət protokolları imzalanıb.
Rəsmi Ankaranın bu təkliflərinin milli müdafiə naziri İsmət Yılmazın oktyabrın 12-də Bakıya səfəri çərçivəsində Azərbaycan rəsmilərinə təqdim edəcəyi gözlənilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında