Şərur rayonunun Yuxarı Daşarx kəndində sosial obyektlər istifadəyə verilmişdir

Kənd mərkəzinin açılış mərasimində Yuxarı Daşarx inzibati ərazi dairəsi üzrə nümayəndə Hüseyn Bayramov çıxış edərək bildirmişdir ki, istifadəyə verilən müasir sosial obyektlər, yaradılan yüksək iş şəraiti muxtar respublikanın inkişaf göstəricisidir. 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Yuxarı Daşarx kənd mərkəzinin istifadəyə verilməsi münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, mərkəzdə fəaliyyət göstərəcək təşkilatlara uğurlar arzulayaraq demişdir: Ölkəmizdəki inkişaf bütün sahələri əhatə edir. Həyata keçirilən məqsədyönlü tədbirlər, görülən işlər insanların sosial rifah halının yüksəlməsinə səbəb olmuşdur. Bu gün idarəetmə orqanları, icra strukturlarının müasir tələblər səviyyəsində fəaliyyəti üçün lazımi şəraitin yaradılması da diqqət mərkəzində saxlanılır. Bu sahəyə göstərilən qayğının davamı olaraq inşa edilən yeni kənd mərkəzi 1541 nəfər əhaliyə xidmət göstərəcəkdir. Burada yaradılan şərait, ilk növbədə, kənd sakinlərinin rahatlığına xidmət edir.
Qeyd olunmuşdur ki, Yuxarı Daşarx kəndində aparılan kompleks quruculuq işləri, ümumilikdə, muxtar respublikada kənd yaşayış məntəqələrinin inkişafına, müasirləşməsinə göstərilən dövlət qayğısının daha bir nümunəsidir. Kənd telefonlaşdırılıb, qazlaşdırılıb, daimi elektrik enerjisi ilə təmin olunub.
"Bu gün Yuxarı Daşarxda həyata keçirilən kompleks quruculuq işləri Azərbaycan dövlətinin regionların sosial-iqtisadi inkişafına, kəndlərin müasirləşməsinə göstərdiyi yüksək qayğını özündə təcəssüm etdirir" - deyən Ali Məclisin sədri əminliyini bildirmişdir ki, kənd sakinləri, icra strukturları bundan sonra da kəndin abadlaşmasında fəallıq göstərəcək, yaradılanları qoruyub saxlayacaqlar.
Ali Məclisin sədri açılışı bildirən lenti kəsmiş, kənd mərkəzinə baxış olmuşdur.
Müasir standartlara uyğun inşa edilən kənd mərkəzi iki mərtəbədən ibarətdir. Mərkəzin birinci mərtəbəsində kitabxana, polis sahə məntəqəsi, baytar otağı və rabitə evi yerləşir.
Binanın ikinci mərtəbəsində icra nümayəndəliyinin, bələdiyyənin, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının, kənd mədəniyyət evinin fəaliyyəti üçün lazımi şərait yaradılmış, 75 yerlik zal istifadəyə verilmişdir.
Həmin gün Yuxarı Daşarx kəndində həkim ambulatoriyasının və xidmət mərkəzinin də açılışı olmuşdur.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında