Xətai rayonunda iməcilikdə 500 ağac əkildi

Son illər paytaxtın Xətai rayonunda aparılan tikinti, yenidənqurma və abadlıq işləri ilə yanaşı, yaşıllaşdırma işlərinə də xüsusi önəm verilir. Bunu rayonda az qala hər məhəllədə rast gəldiyimiz irili-xırdalı park və xiyabanlar da göstərir. Təkcə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Ekologiya ili" elan olunan ötən 2011-ci il ərzində Xətai Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən çoxsaylı iməciliklər zamanı müxtəlif ərazilərdə, park və xiyabanlarda, magistral yolların kənarlarında 20 mindən çox müxtəlif ağac və 50 mindən çox dekorativ gül kolu əkilmişdir.
Ümummilli lider Heydər Əliyevin "Qara şəhəri ağ şəhərə çevirək" çağırışını ilk gündən özlərinə deviz seçən Xətai Rayon İcra Hakimiyyətinin rəhbərliyi yaşıllaşdırmanı bu istiqamətdə görüləcək işlərin əsaslarından biri hesab etdiyi üçün 2011-ci ildə də ağacəkmə kampaniyasına geniş yer ayırmışdır. Dünən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun rəhbərliyi ilə rayonun bütün idarə və müəssisələrinin kollektivləri payız mövsümündə ağacəkmə kampaniyasına start vermişlər.
Rayonun Nobel prospekti, Zığ yolu, Y.Səfərov küçəsi və bir çox digər ərazilərdə 500-dən çox eldar şamı əkilmişdir. İməcilik iştirakçıları qabaqcadan seçilmiş ərazilərdə təmizlik işləri aparmış, əkilmiş ağaclara təbii gübrə vermiş və onların küləkdən qorunması üçün dirəklər basdırmışlar.
İməcilik zamanı qərara alınmışdır ki, yaşıllıqlar salınan bu ərazilər nəzarətə götürülsün və əkilən ağaclara qulluq göstərilməsi diqqətdə saxlanılsın. İməcilik iştirakçıları bu tədbirlərin növbəti həftələrdə də davam etdiriləcəyini bildirmişlər.

{nl}

İ.RÜSTƏMOV, R.SALMANOV (foto), "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında