Ermənistan nümayəndə heyəti Alt Komitənin yığıncağında iştirak etməkdən növbəti dəfə boyun qaçırmışdır

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə Alt Komitənin iclası olmuşdur.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, alt komitənin üzvü Səməd Seyidov iclas ilə bağlı jurnalistlərə verdiyi müsahibəsində demişdir: "Ermənistan nümayəndə heyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə Alt Komitənin iclasında iştirak etməmişdir. Biz xeyli fikir mübadiləsi apardıq və qərara gəlmişik ki, onların bu görüşdə iştirak etməmələri haqqında Büroya məlumat verilsin.
Mən isə konkret olaraq məsələni qaldırdım ki, siz də, biz də burada şahidiyik ki, Ermənistan yekdilliklə qəbul olunmuş AŞPA Bürosunun qərarını pozur və görüşdə iştirak etmir. Bu o deməkdir ki, siz Azərbaycan ilə bağlı qərarların pozulması məsələsini qaldıranda ən azı ikili standartlarla çıxış edirsiniz. Buna razılaşmaqdan başqa yolları yox idi. Növbəti iclaslar da olacaqdır. İştirak edib-etməyəcəklərini onlar özləri bilərlər. Onlar öz mövqelərini bildirmişlər.
Bu Komitənin iclasına gəlməməklə onlar AŞPA Bürosunun qərarını pozurlar. Bu birbaşa pozuntu nüfuzlu təşkilatı saymamaq deməkdir".

{nl}

Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Strasburq


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında