Azərbaycanda qadın və uşaq problemlərinin həlli sahəsində həyata keçirilən tədbirlər yüksək qiymətləndirilmişdir

Oktyabrın 3-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova Türkiyə Respublikasının ailə və sosial siyasət naziri xanım Fatima Şahinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. 
Görüşdə qadın və uşaq problemlərinin həlli sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığının perspektivləri müzakirə olunmuşdur.
AQUPDK-nın sədri Hicran Hüseynova dövlət siyasətində ailə, qadın, uşaq problemlərinin həllinin prioritet istiqamətlərdən biri olduğunu söyləmişdir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın ailə dəyərlərinin möhkəmləndirilməsinə, qadınların ictimai həyatda fəal rolunun təmin edilməsinə, uşaqların problemlərinin həllinə böyük qayğı ilə yanaşdığı nəzərə çarpdırılmışdır. Bildirilmişdir ki, 2010-cu ildə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunmuş "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikasının Qanunu ölkədə qadınların müdafiəsi sahəsində aparılan uzunmüddətli fəaliyyətin davamı kimi böyük əhəmiyyətə malikdir.
Dövlət ailə siyasətinin uğurla reallaşdırılması baxımından Azərbaycanda uşaq və ailələrə dəstək mərkəzləri şəbəkəsinin fəaliyyəti barədə məlumat verən H.Hüseynova həssas təbəqəyə aid ailələrdən olan uşaqların sosial inteqrasiyasında həmin mərkəzlərin mühüm rol oynadığını bildirmişdir.
Azərbaycan qadınlarının iqtisadi sahədə uğurlarından danışan komitə sədri ölkədə sahibkarlığın sürətlə inkişaf etdiyini diqqətə çatdırmışdır. Gələcəkdə bu sahədə fəaliyyətin daha da genişləndiriləcəyini bildirən AQUPDK-nın sədri ilin sonunadək Azərbaycan-Türkiyə qadınlarının biznes forumunun keçirilməsinin planlaşdırıldığını bildirmişdir.
Fatima Şahin Azərbaycanda qadın və uşaq problemlərinin həlli sahəsində həyata keçirilən tədbirləri yüksək qiymətləndirmiş, xüsusilə qadınların cəmiyyətdəki rolunun gücləndirilməsi meylinin əhəmiyyətini vurğulamışdır.
Mövzu ətrafında geniş fikir mübadiləsi aparılmış və qonaqları maraqlandıran bir çox məsələlərə aydınlıq gətirilmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında