Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişdir
{nl}
Sentyabrın 29-da Almaniya Federativ Respublikasının paytaxtı Berlində Azərbaycan Respublikasının dюvlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildюnümünə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunmuş mərasimdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak etmişdir.
Mərasimi açan Almaniyanın tanınmış teleaparıcısı Yens RİVA bu tədbirin əhəmiyyətini vurğuladı, Azərbaycan, onun sahib olduğu mədəni dəyərlər haqqında tamaşaçılara ətraflı məlumat verərək dedi:
- Xanımlar və cənablar! Sizi Alman Tarix Muzeyində salamlamağıma çox şadam. Bu səmimi qəbul üçün təşəkkür edirəm.
Xanım Mehriban Əliyeva, xanım Bettina Vulf, zatı-aliləri, deputatlar! Sizə səmimi qəlbdən "Xoş gəlmisiniz!" deyirəm. Cənab Hans Ditrix Genşeri və muzeyin yeni direktoru, professor Aleksandr Koxu salamlayıram.
Xanımlar və cənablar! Bu gün bütün Avropanın gюzü Berlindədir. Çünki Almaniya Bundestaqında ümumi valyutamız olan avronun gələcəyi müzakirə olunur və gələn ilin mayında bütün Avropanın diqqəti buradan 3 min kilometr uzaqda - Şərqdə yerləşən Azərbaycanın paytaxtı Bakıya - "Eurovision"un keçiriləcəyi şəhərə yюnələcəkdir. Ancaq elə bu axşam sizi 3 min kilometr uzaqda olan bir юlkəyə xoş səfər gюzləyir. Azərbaycan bu günlərdə müstəqilliyinin bərpa edilməsinin 20 illiyini bayram edir. Bir az əvvəl Almaniya da юzünün yenidən birləşməsini bayram etdi. Bu tarixi yubileylər münasibətilə Berlində belə gюzəl bir axşamı Azərbaycanın və Almaniyanın birinci xanımları Mehriban Əliyeva və Bettina Vulfdan başqa kim təşkil edə bilərdi?!
İndi isə qonaqları salamlamaq üçün Almaniya Prezidentinin xanımı Bettina Vulfu dəvət edirəm. Xanım Bettina Vulfun şərəfinə səmimi alqışlar gəlsin.
Tədbirdə Almaniyanın birinci xanımı Bettina Vulf çıxış etdi.
{nl}
Birinci xanım Bettina Vulfun çıxışı
Çox hюrmətli xanım Mehriban Əliyeva!
Zati-aliləri, çox hюrmətli cənab doktor Kox, çox hюrmətli
xanımlar və cənablar!
Bu gün burada olduğuma, Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 20 illiyini sizinlə birlikdə bayram etdiyimə gюrə şox şadam.
Xanım Əliyeva, bu münasibətlə Almaniyaya xoş gəlmisiniz. Almaniya və Azərbaycan çox qədim tarixi əlaqələrə, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra isə tərəfdaşlıq münasibətlərinə malikdirlər. Azərbaycanın xaricdə ilk mədəniyyət ili 2008-ci ildə Almaniyada olmuşdur. Bundan bir az sonra - 2009-cu ildə Azərbaycanda Almaniya mədəniyyət həftələri keçirilmişdir. Bakıdakı "Kapellhaus" Alman-Azərbaycan mədəniyyət mərkəzi kimi fəaliyyət gюstərir.
Xanım Əliyeva! Siz mədəniyyətə çox bюyük юnəm verirsiniz. Siz bu bayramdan istifadə edərək axşamın qonaqlarını юlkənizin mədəniyyəti ilə daha yaxından tanış etmək istəyirsiniz. Çoxdandır ki, Azərbaycanın tarixi irsini var gücünüzlə qorumağa çalışırsınız. YUNESKO-nun xoşməramlı səfiri kimi milli musiqinizin və tarixi sənət əsərlərinin keşiyində dayanmağa, onların qorunub saxlanmasına daha çox səy gюstərirsiniz. Siz bu sərvətlərinizi юlkənizin sərhədlərindən kənarda tanıtdırır və bununla həm юz mədəniyyətinizi yayır, həm də mədəniyyətlərarası əlaqələri inkişaf etdirirsiniz. Bu axşam həmin irsi çox gюzəl bir sərgi ilə bizə təqdim edirsiniz.
Məni ən çox əlvan ilməli zərif xalçalar valeh etmişdir. Onlar bюyük sənətkarlıq ənənələri olan bir keçmişdən xəbər verir. Bundan əlavə, bu axşam dinləyəcəyimiz muğam musiqisini də bюyük maraqla gюzləyirəm. Bilirəm ki, bu musiqi vaxtilə yazıya alınmayıb, şifahi şəkildə nəsildən-nəslə юtürülmüşdür. Belə mənəvi mədəni irsin qorunub saxlanılmasını və inkişaf etdirilməsini xüsusilə vacib hesab edirəm. Yoxsa onlar həmişəlik itib gedərdi.
Xanım Əliyeva, bu əsrarəngiz axşam üçün Sizə təşəkkür edirəm və bюyük maraqla Sizin çıxışınızı, sonda da konserti gюzləyirəm. Səmimi təşəkkürlər.
* * *
Teleaparıcı Yens RİVA: Almaniyanın birinci xanımı Bettina Vulf, bu səmimi sюzlərə gюrə sizə təşəkkür edirik.
Xanımlar və cənablar, Azərbaycanın birinci xanımını da Berlində salamlamaq mənim üçün bюyük şərəfdir! Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun Prezidenti kimi beynəlxalq aləmdə bюyük nüfuz və rəğbət qazanmışdır. Bu Fond Azərbaycanda və юlkənin hüdudlarından kənarda insanların həyatını yaxşılaşdırmaq üçün layihələr həyata keçirir. Bu layihələrdən biri də məktəb tikintisidir. Çünki insanlar hansı təbəqəyə mənsubluğundan asılı olmayaraq, ancaq yaxşı təhsil almaqla cəmiyyətdə mюvqe qazana bilərlər. Son dюrd ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda və dünyada 400-dən çox məktəb binası tikilmişdir. Ancaq bu, Azərbaycanın birinci xanımının geniş fəaliyyət sahəsindən bircə misaldır. Üç юvlad anası olan Mehriban xanım, eyni zamanda, YUNESKO-nun xoşməramlı səfiri kimi fəaliyyət gюstərir. Nюvbəti "Eurovision" musiqi yarışmasına hazırlıq komissiyasına rəhbərlik edir, Azərbaycan mədəniyyətinin qorunması və inkişafı üçün çalışır. Yeri gəlmişkən, sizin indi gюrəcəyiniz kitab bu yaxınlarda çap olunmuşdur. İndi kюməkçim onu gətirəcəkdir. Adı "Qadınların gücü"dür. Müəllif Kristina Pleve dünyanın 30 юlkəsindən olan 60 məşhur qadına yer vermişdi. Bunların arasında əlbəttə ki, Azərbaycanın birinci xanımı da vardır. Müasir Azərbaycan qadınına xas olan bütün nəcib keyfiyyətləri юzündə əks etdirən bir xanım! Eyni zamanda, onun şəxsi uğurlarını şərtləndirən bir neçə sirr!
İndi isə təbrik sюzü üçün dəvət olunan Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xanımı Mehriban Əliyevanı mənimlə birlikdə ürəkdən salamlayaq!
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə çıxış etdi.
{nl}
Birinci xanım Mehriban Əliyevanın çıxışı
- Hюrmətli birinci xanım!
Hюrmətli qonaqlar, xanımlar və cənablar!
Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 20-ci ildюnümünə həsr edilmiş axşamda sizi səmimi qəlbdən salamlayıram, sizə "Xoş gəlmisiniz!" deyirəm. Mən xanım Bettina Vulfa bu gün bizimlə olduğuna gюrə, юlkəmiz haqqında və şəxsən mənim haqqımda deyilən sюzlərə gюrə dərin minnətdarlığımı bildirirəm.
Bugünkü axşam Heydər Əliyev Fondu tərəfindən hazırlanıb. Məqsədimiz Azərbaycanın keçmişini və bu gününü, tarixini və mədəniyyətini, 20 il ərzində əldə edilən uğurlarını dünya ictimaiyyətinə tanıtmaqdır.
1991-ci ildən Azərbaycan dünya birliyinə - azadlıq, demokratiya və aşkarlıq məkanına inteqrasiya etməyə başlayıb. Biz müstəqil юlkə kimi çox gəncik. Lakin Azərbaycanın tarixi kюkləri qədimlərə gedib çatır. Cənubi Qafqazda - Xəzər dənizinin sahillərində ilk dюvlətlər hələ eramızdan əvvəl II-I minilliklərdə yaradılmışdır. Şərqin ən qədim sivilizasiyalarından biri məhz Azərbaycanın ərazisində formalaşmışdır. Tarixi İpək Yolu üzərində, mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu məkanda yerləşən Azərbaycan əsrlər boyu Qərb və Şərq mədəniyyətinin təsiri altında formalaşmışdır. Baxmayaraq ki, müxtəlif dюvrlərdə Azərbaycan müxtəlif imperiyaların tərkib hissəsi olmuşdur, xalqımız tarixini, mədəniyyətini, dilini qoruyub saxlayaraq milli mənliyini itirməmişdir.
Bu gün də müstəqil юlkə kimi biz gələcəyimizi kюklərimizə və ənənələrimizə əsasən qururuq. Hələ 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqinin ilk demokratik parlament respublikası olmuşdur. O dюvrdə Azərbaycan müsəlman dünyası üçün, müsəlman Şərqi üçün əsl mayaka çevrilmişdi. Müsəlman qızları üçün ilk dünyəvi məktəb açılmışdır, Azərbaycan qadınları səsvermə hüququnu qazanmışlar, юlkədə çoxpartiyalı parlament fəaliyyət gюstərirdi, Şərqin ilk opera və baleti yazılmışdı.
Əfsuslar olsun ki, Xalq Cümhuriyyətinin юmrü çox qısa oldu. Gənc respublika ciddi geosiyasi problemlərlə üzləşdi və bu amillərin, bu problemlərin arasında Bakı neftinə olan marağın artması da mühüm rol oynadı. Nəticədə, hərbi intervensiya yolu ilə юlkəmizdə sovet hakimiyyəti quruldu, Azərbaycan müstəqilliyini itirdi. Yetmiş ildən çox xalqımız sovet rejiminin sərt qanunları ilə üzləşmişdir. Lakin eyni zamanda, bu dюvrdə Azərbaycanın iqtisadi potensialı formalaşdı, təhsil şəbəkəsi yarandı, orta və ali məktəblər açıldı, Milli Elmlər Akademiyası fəaliyyətə başladı.
Nəhayət, 1991-ci ildə юlkəmiz müstəqilliyini bərpa etdi və Azərbaycan xalqı юz torpağına, юz юlkəsinə, юz taleyinə sahib oldu. Bu 20 il ərzində biz bюyük nailiyyətlər əldə etmişik. Biz tamamilə yeni siyasi və iqtisadi sistem qurub sürətlə inkişaf edirik. Azərbaycan bu gün bюlgənin aparıcı dюvlətidir. Cənubi Qafqaz dюvlətlərinin ümumi iqtisadiyyatının 75 faizi Azərbaycanın payına düşür. Bюlgədə həyata keçirilən bütün irimiqyaslı layihələr Azərbaycanın iştirakı və təşəbbüsü ilə reallaşır.
Son illər iqtisadi templərin artımına gюrə Azərbaycan dünyanın lider юlkələri sırasındadır. Avropa İttifaqı bu gün Azərbaycanı enerji təhlükəsizliyi sahəsində strateji tərəfdaş kimi tanıyır. Azərbaycan Avropanın neft və qaz ilə təminatında юz rolunu oynamağa hazırdır.
Bu gün inkişaf юlkəmizin bütün sahələrini əhatə edir. Qeyri-neft sektoru yüksəlir, bюyük, irimiqyaslı infrastruktur layihələri həyata keçirilir, paytaxtımızın və başqa şəhərlərimizin siması dəyişir. Təkcə bu il ərzində paytaxtımızda - Bakıda beşulduzlu beş yeni otelin açılışı gюzlənilir. Bu da юlkəmizə ildən-ilə artan marağın sübutudur.
Bizim ən bюyük sərvətimiz mədəni irsimizdir, Azərbaycanın xalçaçılıq məktəbi, təsviri sənəti, ədəbiyyatı, musiqisi, tarixi və memarlıq abidələridir. Bu gün юlkədə xüsusi Dюvlət Proqramına əsasən teatrlar və muzeylər bərpa olunur, yeni mədəniyyət mərkəzləri açılır, abidələr dюvlət tərəfindən qorunur.
Azərbaycanda bu gün sosialyюnümlü siyasət aparılır. 2003-cü ildən bu günədək юlkəmizdə 900 mindən çox yeni iş yeri açılıb, 2 mindən çox yeni məktəb binası inşa olunub, yoxsulluğun səviyyəsi 49 faizdən 9 faizə enibdir.
Əziz qonaqlar, mən xüsusi vurğulamaq istərdim ki, bütün bu nailiyyətləri юlkəmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi uzun sürən və hələ də həllini tapmayan ağır problemin mюvcudluğu şəraitində əldə edibdir. Bu gün юlkəmizdə 1 milyon məcburi kюçkün və qaçqın var və torpaqlarımızın 20 faizi işğal altındadır. Ümidvarıq ki, yaxın gələcəkdə bu münaqişə ədalətli, sülh yolu ilə həllini tapacaq və hər bir qaçqın, hər bir məcburi kюçkün doğma yurduna qayıdacaqdır.
Bu gün Azərbaycan Avropa İttifaqı ilə, onun üzvü olan юlkələrlə əməkdaşlığını genişləndirir və mюhkəmləndirir. Bu юlkələrin arasında əsas tərəfdaşlarımızdan biri olan Almaniya ilə də münasibətlər çox mühüm yer tutur. Bu münasibətlərin uzun tarixi vardır. Almanlar юlkəmizə hələ əvvəlki əsrlərdə gəlmiş və məskunlaşmışlar. Hələ o zamanlar Almaniyanın məşhur iş adamları Azərbaycanda fəaliyyət gюstərirdilər. Bu gün də юlkələrimiz arasında iqtisadi, siyasi, humanitar, mədəniyyət sahələrində əlaqələr uğurla inkişaf edir. Müxtəlif sahələrdə ikitərəfli proqramlar həyata keçirilir, yüzlərlə azərbaycanlı tələbə Almaniyanın aparıcı universitetlərində təhsil alır, Almaniyanın iri şirkətləri Azərbaycanda fəaliyyət gюstərir. Ümidvaram ki, bugünkü axşam da dostluq əlaqələrimizə, bu əlaqələrin güclənməsinə юz tюhfəsini verəcəkdir.
Əziz qonaqlar, bu gün biz sizin diqqətinizə Azərbaycanın qədim və zəngin mədəniyyətinin kiçik bir hissəsini təqdim edəcəyik. Mədəniyyət insanları onların dini və milli mənsubiyyətindən asılı olmayaraq birləşdirir, dialoq və anlaşmaya xidmət edir. Bu isə, fikrimcə, bugünkü mürəkkəb dünyada ən vacib amillərdən biridir.
Sonda əziz dostlar, mən bir daha "Eurovision" musiqi müsabiqəsində bizim iki istedadlı gəncimizə dəstək verdiyinizə gюrə sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu qələbəni biz Azərbaycanda gюzləyirdik və əlbəttə, bununla çox fəxr edirik. Siz keçən "Eurovision" müsabiqəsinin qalib юlkəsi kimi, yəqin ki, bizim hisslərimizi yaxşı anlayırsınız.
Əziz dostlar, fürsətdən istifadə edərək, sizi юlkəmizə dəvət edirəm. Bu axşam bizimlə olduğunuza gюrə sizə bir daha юz dərin təşəkkürümü bildirirəm, xoşbəxtlik və əmin-amanlıq arzulayıram.
{nl}
Teleaparıcı Yens RİVA: Heydər Əliyev Fondu təkcə Azərbaycanın incəsənət və mədəniyyətinin inkişafına deyil, həmçinin bütün Avropa mədəniyyət və incəsənətinin inkişafına da юz tюhfəsini vermişdir. Belə ki, Heydər Əliyev Fondu tərəfindən Parisdə kilsələr bərpa olunmuş, Berlinin rəmzi olan qəsrin yenidən qurulmasına 50 min avro ayrılmışdır. Bu da alqışa layiqdir.
Yəqin ki, siz bu binaya daxil olarkən heyranedici işləri gюrdünüz. Toxuculuq digər incəsənət nюvlərindən həmişə seçilir. Bu da Azərbaycanın keçmişdən gələn və rəssamlar tərəfindən bizə çatdırılan irsidir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə keçirilən tədbirdə təqdim edilən bu xalçalar Azərbaycan incəsənətinin əsas hissəsini təşkil edir. Bizim bu proqramda təqdim edilən nюvbəti incəsənət nümunəsi milli musiqi alətləridir.
İndi isə izləyəcəyimiz konsertin əhəmiyyətindən danışmaq istəyirəm. Azərbaycan musiqi məktəbi və indi burada iştirak edən orkestr bu gün artıq dünya mədəniyyətinin bir hissəsinə çevrilmişdir. Azərbaycan musiqisində muğam və caz əsas rol oynayır. Ənənəvi musiqi cazla birlikdə XX əsrdən başlayaraq Azərbaycan cazını inkişaf etdirmişdir. Bunun nəticəsində Dюvlət Kamera Orkestri yaradılmışdır. Hər bir kamera orkestrində Avropa ab-havası hiss olunur. Amma indi gюrəcəyiniz orkestr юzünəməxsusluğu ilə seçilir. Bu orkestr bugünkü Avropada gюrdüyümüz siyasi və ictimai əhval-ruhiyyəni çox gюzəl çatdırır. Bu da Azərbaycan mədəniyyəti və incəsənətinin Avropa tamaşaçıları arasında uğurla təbliğ olunmasına imkan yaradır. Bu günədək bu orkestr Paris, London, Roma, Yaponiya və Çində çıxış etmişdir. Bu gün də şübhəsiz ki, bu orkestr sizin aranızdan da 100 fanat yığa biləcəkdir. Bu orkestrin repertuarında həm Qərbi Avropa, həm də Azərbaycan bəstəkarlarının əsərləri vardır. Bu orkestrin xüsusiyyəti ondan ibarətdir ki, burada milli musiqi alətlərindən geniş istifadə olunur. Bu amil onların ifa etdiyi musiqiyə xüsusi ahəng verir. Tədbirin birinci hissəsindən sonra siz foyedə gюzləyin. İkinci hissə başlayacaqdır. İkinci hissədə Heydər Əliyev Fondu tərəfindən bizə Azərbaycan mətbəxinin ən gюzəl, seçilmiş təamları və Azərbaycan incəsənətini tərənnüm edən fotolar təqdim ediləcəkdir.
Xanımlar və cənablar, 1950-ci ildən başlayaraq bu günədək fəaliyyət gюstərən orkestr insanları valeh edir.
Qarşılayın, dirijor Teymur Gюyçayev! Ürəkdən alqışlayın!
* * *
Azərbaycan incəsənət ustalarının konserti bюyük maraqla qarşılanmışdır.
{nl}
AzərTAc
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.