2011-ci ildə informasiya texnologiyaları təminatının xərcləri 11,5 faiz artacaq

Forrester Research araşdırmalar şirkətinin analitikləri hesab edirlər ki, dünyada narahatedici iqtisadi vəziyyətə baxmayaraq, ABŞ-da və dünyanın digər ölkələrində informasiya texnologiyaları (İT) təminatının xərcləri 2011-ci ilin sonunadək nisbətən sabit qalacaq.
Onların fikrincə, İT seqmentinin xərcləri 2012-ci ildə builki sürət templəri kimi olmasa da, artmaqda davam edəcək.
Analitiklərin indiki vəziyyəti və baş verən tendensiyaları nəzərə almağa çalışdıqları yeni hesabata əsasən, İT təminatı xərclərinin artımı 2011-ci ildə 11,5 faiz səviyyəsində gözlənilir. 2012-ci ildə bu göstəricinin nisbətən zəifləyəcəyi proqnozlaşdırılır, lakin İT-xərcləri ekspertlərin proqnozlarına əsasən, istənilən halda 5,5 faiz artacaq.
Ekspertlərin fikrincə, iqtisadiyyatda qeyri-sabit vəziyyət ABŞ-ın İT seqmentinə hələlik o qədər də təsir göstərməyəcək. Bunun nəticələri 2011-ci ilin sonunda, 2012-ci ilin əvvəlində özünü büruzə verməyə başlayacaq. Lakin Forresterin hesablamalarına görə, Qərbi Avropada daha mürəkkəb vəziyyət müşahidə olunacaq. Bununla əlaqədar şirkət bu regionun 2012-ci il üçün nəzərdə tutulan İT-xərclərinin artımı üzrə proqnozunu 6,8 faizdən 4,3 faizədək azaldıb. Şirkət analitikləri ABŞ və Avropadan fərqli olaraq, Şimali Amerika, Şərqi Avropa, Yaxın Şərq və Afrika kimi inkişaf etməkdə olan bazarlarda artım göstəricilərinin ikirəqəmli ədədlərlə göstəriləcəyini qeyd edirlər.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında