Azərbaycanlı zəvvar velosipedlə İslam ziyarətgahlarına səfərə çıxmışdır

Xalq bilicisi - ekstrasens Faiq Allahyarov bu il sentyabrın 3-də velosipedlə İslam aləminin müqəddəs yerlərinə səyahətə çıxmışdır.
Keçmişdə baba-nənələrimizin piyada, at-eşşəklə səfər etdikləri, Məmmədhəsən əmilər üçün əlçatmaz olan Məşhəd, Kərbəla, Məkkə kimi İslam ziyarətgahlarına çağdaş zəvvarlar avtomobil və təyyarə ilə gedirlər, vaxtilə həftələrlə, aylarla keçilən məsafəni bir neçə saata və günə qət edirlər. Faiq Allahyarovun bu rahatlıqdan imtina etməsinin əsas səbəbi Ulu Yaradana sonsuz ehtiram olaraq ziyarətini əziyyətlərə qatlaşaraq yerinə yetirmək, ötüb-keçəcəyi İran, İraq, İordaniya, Səudiyyə Ərəbistanı kimi müsəlman ölkələrinin həyatı ilə yaxından tanış olmaq, Azərbaycanın islami birliyə sədaqətinin canlı nümunəsini sərgiləmək, yolüstü ziyarətgah və müqəddəs yerləri də ibadət etməkdir.
Səfərə Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarına və Şəhidlər Xiyabanında uyuyan Vətən oğullarının xatirə kompleksinə gül dəstələri qoyub, dua oxumaqla başlayan zəvvar səfərin 4-cü günündə Biləsuvar sərhəd keçid məntəqəsinə çataraq İran ərazisinə keçmişdir. Buradan 2 günə Ərdəbil şəhərinə çatan soydaşımız Şeyx Səfi tarixi kompleksini ziyarət etmişdir. Sonrakı günlərdə Xəzərboyu məntəqələrlə Xorasana doğru hərəkət edən azərbaycanlı mömin 22 günə Məşhəd şəhərinə çatmış, İmam Rza ziyarətgahında Tanrıya ibadət etmiş, İslam müqəddəslərinin ruhuna dua oxumuş, xalqımıza əmin-amanlıq, xoş günlər diləmişdir.
Vaxtaşırı redaksiyamızla, buradakı dostları ilə telefon əlaqəsi saxlayan Faiq Allahyarov sonuncu zəngində bildirdi ki, hazırda Tehran səmtdən İraq sərhədinə doğru hərəkət edir. Hər yerdə müsəlmanlar onu mehribanlıqla qarşılayır, səfərinə böyük maraq göstərirlər. Bütün bunlara görə o, iranlı dindaşlarına razılığını çatdırmağı xahiş etdi. Həmyerlimiz sonda əlavə etdi ki, ilahi bir çağırışla çıxdığı bu səyahət günü-gündən onun qəlbinə rahatlıq, işıq, dizlərinə qüvvət gətirir. O, ziyarət marşrutunu qardaş ölkələrin müsəlmanlarının dəstəyi ilə uğurla başa vuracağına inanır. Allah köməyin olsun Faiq. Ziyarət və duaların qəbul olunsun!

{nl}

Tahir AYDINOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında