Şəkidə professor Aqiyə Naxçıvanlının "Heydər Əliyev: mənəviyyat, mənəvi dəyərlər, mənəvi tərbiyə" kitabının təqdimatı olmuşdur

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində oktyabrın 1-də Şəki Şəhər İcra Hakimiyyətinin akt zalında Azərbaycan Müəllimlər İnstitutunun rektoru, siyasi elmlər doktoru, Milli Məclisin deputatı professor Aqiyə Naxçıvanlının müəllifi olduğu "Heydər Əliyev: mənəviyyat, mənəvi dəyərlər, mənəvi tərbiyə" kitabının təqdimat mərasimi olmuşdur.
Kitabın müəllifi, şəhər rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmiş, sonra foyedə ulu öndərə həsr olunmuş kitab sərgisi ilə tanış olmuşlar.
İdarə, müəssisə və təşkilat rəhbərlərinin, ziyalıların, elm adamlarının iştirak etdiyi tədbiri şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov açaraq bu günlər respublikanın hər yerində olduğu kimi, Şəkidə də dövlət müstəqilliyimizin bərpasının 20 illiyinə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini, bu tədbirlərdə xalqımızın milli azadlıq uğrunda apardığı mübarizə tarixinə, keçdiyi şərəfli müstəqillik yoluna bir daha geniş nəzər salındığını diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, professor A.Naxçıvanlının kitabında ümummilli liderimizin mənəviyyatla, mənəvi tərbiyə və əxlaqi dəyərlərlə bağlı əsas prinsip və müddəaları, fikirləri müxtəlif məzmunlu nitq və çıxışlarından, müsahibə və söhbətlərindən seçilərək ayrı-ayrı başlıqlar altında ümumiləşdirilmişdir. Kitabın araya-ərsəyə gəlməsinin Heydər Əliyev məktəbinin layiqli yetirməsi Aqiyə Naxçıvanlının ulu öndərin ölməz irsinə hörmət və sədaqətinin bariz nümunəsi olduğunu nəzərə çarpdıran E.Usubov müəllifə şəkililər adından yeni yaradıcılıq uğurları arzulamışdır.
Təqdimat mərasimində Azərbaycan Müəllimlər İnstitutu Şəki filialının baş müəllimi Vaqif Aslan, filialın direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Gülarə Abdullayeva, Şəki Pedaqoji Kollecinin müəllimi Ramiz Orsər və digər natiqlər çıxış edərək "Heydər Əliyev: mənəviyyat, mənəvi dəyərlər, mənəvi tərbiyə" kitabı ilə bağlı fikirlərini bildirmişlər. Qeyd olunmuşdur ki, kitabda mənəviyyat, əxlaqi-mənəvi dəyərlərlə bağlı cox qiymətli fikirlər, mülahizələr toplanmışdır. Kitabda verilmiş ayrı-ayrı parçalar müxtəlif illərin, fərqli mahiyyət daşıyan görüşlərin, çıxışların məhsulu olsa da, onların hamısının mayasında insanın mənəvi dəyərlərə münasibəti dayanır. Bu da təsadüfi deyildir. Çünki yalnız yüksək mənəviyyata malik olan şəxs bacarıqlı dövlət xadimi, istedadlı yazar, gözəl müəllim, sənətkar, vətənini qoruyan əsgər, bir sözlə həqiqi vətəndaş ola bilər. Xalqımızın ümummilli lideri Heydər Əliyev məhz belə şəxsiyyət, yüksək mənəviyyat mücəssəməsi idi.
Tədbirdə "Heydər Əliyev: mənəviyyat, mənəvi dəyərlər, mənəvi tərbiyə" kitabının müəllifi, professor Aqiyə Naxçıvanlı çıxış edərək, ulu öndərin ideya-nəzəri irs ilə bağlı fikirlərini, mülahizələrini özündə əks etdirən nəşrin təqdimat mərasiminin yüksək səviyyədə təşkilinə görə şəhər rəhbərliyinə minnətdarlığını bildirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında