Beynəlxalq Ahıllar Günü münasibətilə Suraxanı rayonunda tədbir keçirilmişdir

Beynəlxalq Ahıllar Günü münasibətilə Suraxanı rayonunda tədbir keçirilmişdir.Rayonda yaşayan yaşlı insanlar üçün Əmircan qəsəbəsində yerləşən "Halal süfrə" şadlıq evində təşkil edilmiş mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etmişdir ki, BMT-nin Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul etmişdir və həmin qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabr ayının 1-i bütün dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 2001-ci il iyunun 22-də "Ahıllara sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanununu imzalamışdır.Qanuna əsasən, ölkədə 70 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları ahıl hesab olunur. Ölkəmizdə əmək pensiyaçılarının 371 minə yaxını ahıl vətəndaşlardır.
Natiq bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev ahıllara həmişə xüsusi diqqət və qayğı göstərir. Hər il 1 oktyabr - Beynəlxalq Ahıllar Günü ölkəmizin hər yerində olduğu kimi, Suraxanı rayonunda da yüksək səviyyədə qeyd olunur.Respublikamızda qəbul edilmiş "Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı"na uyğun olaraq rayonda bu istiqamətdə müvafiq işlər görülür.
Rayon icra hakimiyyətinin başçısı daha sonra diqqətə çatdırmışdır ki, Suraxanı rayonunda hazırda 70 yaşından yuxarı 5515 nəfər yaşayır. Onların hamısı dövlət tərəfindən təqaüdlə təmin olunmuşdur və əksəriyyəti ailələrdə yaşayır. Rayonda yaşayan tənha və başqasının köməyinə ehtiyacı olan ahıl insanlara evdə qulluq həyata keçirilir. Hazırda rayonda 300 kimsəsiz ahıl insan yaşayır. 247 nəfəri 70 yaşdan yuxarı olan bu insanların 195 nəfəri qadın və 52 nəfəri kişilərdir.Ahıl insanlar rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən qeydiyyata alınmışdır.Onlara xidmət göstərilir və həyat tərzinə daim nəzarət edilir.
Qəsəbələrdə yerləşən poliklinikalar və xəstəxanalarda həkimlər tərəfindən ahıl vətəndaşların sağlamlığı nəzarətdə saxlanılır, onların dispaserizasiyasına xüsusi diqqət göstərilir.Ahılların asudə vaxtlarının səmərəli keçirilməsi üçün rayon ərazisində yerləşən parklarda, mədəniyyət ocaqlarında xüsusi guşələr yaradılmış, veteranlar evləri tikilib istifadəyə verilmişdir.
Yaşlı nəslin problemlərinin həlli rayon icra hakimiyyətinin diqqət mərkəzində saxlanılır. Çətinliklərin aradan qaldırılmasına rayonda fəaliyyət göstərən ictimai birlik və cəmiyyətlər cəlb olunurlar. "Qızıl Aypara" Cəmiyyətinin rayon bölməsi, rayon Veteranlar Şurası, rayon Ağsaqqallar Şurası fəallıqları ilə fərqlənirlər.
Daha sonra tədbirdə rayon ictimaiyyətinin nümayəndələri və ahıllar çıxış edərək bu zümrədən olan insanların sosial müdafiəsinin gücləndirilməsi və hüquqlarının təmin edilməsi sahəsində həyata keçırilən tədbirlər barədə danışmış, diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə öz dərin təşəkkürlərini bildirmişlər.
Beynəlxalq Ahıllar Günü münasibətilə rayonda təşkil olunmuş tədbirdə mədəniyyət işçiləri maraqlı konsert proqramı ilə çıxış etmişlər.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında