Nəsimi rayonunda Ahıllar Günü

Nəsimi rayonunda hazırda 10 mindən çox ahıl vətəndaş yaşayır. Ölkəmizin hər yerində olduğu kimi rayonda da bu kateqoriyadan olan insanlara daim qayğı göstərilir, onların problemlərinin vaxtında həlli istiqamətində rayon icra hakimiyyəti tərəfindən zəruri işlər həyata keçirilir.
Rayon sakini olan 260-dan çox tənha və imkansız ahıl isə xüsusi qayğı ilə əhatə olunub. 1 Oktyabr Ahıllar Günü ərəfəsində Nəsimi Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin işçiləri və rayon icra hakimiyyəti aparatının əməkdaşları həmin insanlara evlərində baş çəkmiş, onların problemləri ilə maraqlanmış və qaldırılan məsələlərin həlli üçün lazımi işlər görmüşlər. Ahıllara ərzaq yardımı edilmişdir.
Əlillər Günündə isə Nəsimi Rayon İcra Hakimiyyətində 150-dən çox ahılla görüş keçirilmişdir. Görüşdə bildirilmişdir ki, ölkəmizdə ahıl vətəndaşlara dövlət tərəfindən daim xüsusi qayğı göstərilir, onların problemlərinin həlli yönündə mütəmadi olaraq zəruri tədbirlər həyata keçirilir. Vurğulanmışdır ki, 1963-cü ildən BMT-nin qətnaməsinə əsasən hər il oktyabrın 1-də qeyd edilən Ahıllar Günü 1993-cü ildən ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə hər il Azərbaycanda da keçirilir. Ahıl, imkansız, qayğıya ehtiyacı olan insanların sosial müdafiəsi dövlətimizin böyük önəm verdiyi məsələdir. Görüşün sonunda ahıllara ərzaq yardımı edilmişdir.

{nl}

Ayaz HƏMİDOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında