"Azərbaycan dövlətçiliyi və miqrasiya siyasəti" mövzusunda "dəyirmi masa" keçirilmişdir

Oktyabrın 1-də Dövlət Miqrasiya Xidmətində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı "Azərbaycan dövlətçiliyi və miqrasiya siyasəti" mövzusunda "dəyirmi masa" keçirilmişdir.
Tədbirdə Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Beynəlxalq Miqrasiya Təşkilatının Bakı ofisinin, Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin nümayəndələri və Dövlət Miqrasiya Xidmətinin rəhbər heyəti iştirak etmişlər.
DMX-nin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov bildirmişdir ki, Prezident İlham Əliyevin 2011-ci il 21 yanvar tarixdə imzaladığı "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" sərəncamına əsasən, bu tarixi hadisə dövlət səviyyəsində təntənəli surətdə qeyd olunur.
Arzu Rəhimov dövlət müstəqilliyinin bərpasından ötən 20 ilin Azərbaycan tarixinin mürəkkəb, çətin, eyni zamanda, ən şərəfli dövrü olduğunu bildirmiş, dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsində, əbədiliyinin və dönməzliyinin təmin edilməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz tarixi xidmətlərindən danışmış, ulu öndərin ideya və arzularının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulamışdır.
Bildirmişdir ki, 1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi haqqında bəyannamə, həmin il oktyabrın 18-də isə "Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul edilmişdir.
Xidmət rəisi qeyd etmişdir ki, Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra miqrasiya proseslərinin tənzimlənməsi məsələsi istiqamətində də ilk addımlar ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra atılmışdır. Heydər Əliyev daxili və xarici miqrasiya proseslərinin tənzimlənməsi istiqamətində əməli tədbirlər həyata keçirmişdir.
Prezident İlham Əliyev son illərdə miqrasiya proseslərinin vahid dövlət siyasəti ilə tənzimlənməsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Bu istiqamətdə ilk mühüm addımlardan biri kimi 2004-cü ildə Miqrasiya Siyasəti Konsepsiyası hazırlanmış, 2006-cı ilin iyulunda isə dövlətimizin başçısı tərəfindən "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramının təsdiq edilməsı haqqında" sərəncam imzalanmışdır. Dövlət Proqramı əsasında miqrasiya sahəsində vahid dövlət siyasətini həyata keçirən xüsusi dövlət orqanının yaradılması da obyektiv zərurət kimi meydana çıxmışdır. Bu zərurəti nəzərə alan Prezident İlham Əliyev 2007-ci il 19 mart tarixində Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında fərman imzalamışdır. DMX yarandığı gündən bir sıra mühüm işlər görülmüş, Azərbaycan əcnəbi vətəndaşlar üçün cəlbedici ölkəyə çevrilmişdir. Ölkəmizə gələn xarici vətəndaşların sayı günü-gündən artır. Son 4 ildən artıq müddət ərzində DMX Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində qarşıda duran vəzifə və tapşırıqları uğurla həyata keçirmişdir. Xidmət bu gün ölkə ərazisində müvəqqəti olan, habelə müvəqqəti və daimi yaşayan əcnəbilərin Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə riayət etmələrinə nəzarəti həyata keçirir, mövcud qanunvericiliyin tələblərini pozmuş əcnəbilərin ölkə ərazisindən çıxarılması üçün müvafiq tədbirlər görür. Miqrasiya orqanlarının tam şəffaf şəraitdə fəaliyyət göstərməsi və işinin müasir tələblərə uyğun qurulmasında dövlətimizin başçısı İlham Əliyevin göstərdiyi xüsusi diqqət və qayğı xidmət əməkdaşları tərəfindən daim minnətdarlıq hissi ilə qarşılanır.
Digər çıxış edənlər də müstəqilliyin qorunub saxlanılması və ölkəmizin tərəqqisi naminə ümummilli lider Heydər Əliyevin göstərdiyi misilsiz xidmətləri, həmçinin onun layiqli davamçısı Prezident İlham Əliyevin gördüyü işləri diqqətə çatdırmış, miqrasiya proseslərinin tənzimlənməsində vacib olan sahələrə toxunmuşlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında