Səbaillilərin yaşlı nəslə ehtiramı

1 Oktyabr Beynəlxalq Ahıllar Günü Səbail rayonunda yaşlı nəslə diqqət və ehtiram duyğuları ilə qeyd olundu. Rayon İcra Hakimiyyəti, Veteran Təşkilatları Şurası, Qızıl Aypara Cəmiyyəti, Sosial Müdafiə Mərkəzi və digər ictimai təşkilatların rayon şöbələrinin nümayəndələrinin iştirakı ilə bayram mərasimi keçirildi.
Dənizkənarı Milli Bulvarda yerləşən "Park Bulvar" Ticarət və İstirahət Mərkəzinin "Zeytun" restoranında ahıl, kimsəsiz, əlil və qayğıya ən çox ehtiyacı olan vətəndaşlar üçün rayon icra hakimiyyəti tərəfindən bayram süfrəsi açılmışdı. Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov yaşlı nəslin nümayəndələrini salamladı, onlara uzun ömür və cansağlığı arzuladı. O, dövlət tərəfindən hər bir ahıl vətəndaşın diqqət və qayğı ilə əhatə olunduğunu bildirdi.
Qeyd olundu ki, Azərbaycandakı iqtisadi inkişaf ölkə rəhbərliyinə imkan vermişdir ki, son illərdə pensiya və minimum əmək haqlarının məbləği dəfələrlə qaldırılsın. Bu il isə təqaüdçülər üçün xüsusilə sevindirici olmuş, iyul ayının 1-dən 2006-cı ilə qədər ölkədə pensiyaya çıxan 900 min vətəndaşın pensiyası 40 faiz artmışdır. Rayonda qeydiyyatda olan 13438 təqaüdçünün 9880 nəfərinə bu artım şamil olunmuşdur.
Bu gün Səbail rayonunda yaşı 70-i ötmüş 5000 nəfərə yaxın ahıl vətəndaş yaşayır, müxtəlif növ və kateqoriyalar üzrə 2509 nəfər sosial müavinət, 367 ailə (1496 ailə üzvü) ünvanlı sosial yardım alır. Sosial Müdafiə Mərkəzinin xidmət şöbəsində 379 nəfər tənha, əlil qeydiyyatdadır, onlara 31 nəfər sosial işçi xidmət göstərir. Təqaüd və müavinətlərin ödənilməsində gecikmələrə yol verilmir, rayonun bir neçə yaşayış sahəsində, o cümlədən Bibiheybət qəsəbəsi, 20-ci yaşayış sahələrində yeni bankomatlar quraşdırılmışdır.
2011-ci ilin birinci yarısı ərzində rayonda imtiyazlı təbəqəyə aid 15 ailə, o cümlədən 5 Böyük Vətən müharibəsi veteranı yeni mənzillərlə təmin olunmuşdur. İlin sonuna kimi daha bir neçə ailənin mənzillə təminatı planlaşdırılmışdır.
Rayonda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri barədə də söhbət açıldı və bildirildi ki, bu işlərin həyata keçirilməsində veteran və yaşlı nəsil nümayəndələrinin hər zaman məsləhət və təkliflərinə böyük ehtiyac var.
Səbail Rayon Veteran Təşkilatları Şurasının sədri, Sosialist Əməyi Qəhrəmanı Ömər Ağayev və başqaları rayonda ahıl və veteranlarla bağlı görülən işlərdən, onlara göstərilən diqqət və qayğıdan danışdılar və bu işlərə görə ölkə başçısına öz minnətdarlıqlarını bildirdilər.
Görüşdə iştirak edən ahıllara RİH-in ərzaq bağlamaları təqdim olundu. İncəsənət xadimləri yaşlı nəslin təmsilçilərini musiqi ilə salamladılar, onlara xoş əhval bəxş etdilər.

{nl}

R.TAHİR, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında