Ahıllara qayğı artırılır

Binəqədi Rayon İcra Hakimiyyətində Beynəlxalq Ahıllar Günü qeyd edilmişdir.Tədbirdə rayon icra hakimiyyətinin başçısı Alı Qocayev ahılları əlamətdar gün münasibətilə təbrik etmiş, ölkəmizdə yaşlı vətəndaşların, tənha və kimsəsizlərin daim diqqət və qayğı ilə əhatə olunduqlarını, onların sosial müdafiəsinin gücləndirilməsi, sağlamlıqlarının qorunması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini bildirmişdir.
Natiq çıxışında ahıl vətəndaşların sosial müdafiəsinin yaxşılaşdırılması və onlara dövlət qayğısının artırılması məqsədilə ölkə Prezidenti İlham Əliyevin 2006-cı il aprelin 17-də "Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə sərəncam imzaladığını, əmək pensiyasının 85 manata çatdırıldığını diqqətə çatdırmışdır. Başçı bütün bunların ölkəmizdə əhalinin bu təbəqəsinin dövlət qayğısı ilə tam əhatə olunmasını təsdiqlədiyini göstərmişdir.
İcra hakimiyyətinin başçısı Binəqədi rayonunun sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərdə, abadlıq-quruculuq tədbirlərinin icrasında veteran və yaşlı nəslin nümayəndələrinin məsləhət və təkliflərinin diqqətlə nəzərə alındığını da xatırlatmışdır.
Tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri Nəbi Xəlilov çıxış edərək ahılları bir daha təbrik etmiş, eyni zamanda bildirmişdir ki, onların sosial müdafiəsinin yaxşılaşdırılması bundan sonra da diqqət mərkəzində saxlanılacaq, bu sahədə görüləcək işlərin daha səmərəli, daha operativ həyata keçirilməsi təmin ediləcəkdir.
Tədbirdə ahıllar adından çıxış edən Telman Hətəmov, Məhəmməd Məhəmmədov, Mehri Məmmədova, Sona Baxşəliyeva və başqaları onların sosial müdafiəsinin gücləndirilməsi və hüquqlarının təmin olunması sahəsində reallaşdırılan tədbirlər barədə ətraflı danışmış, diqqət və qayğıya görə dövlət başçımız İlham Əliyevə öz dərin təşəkkürlərini bildirmişlər.
Tədbirin sonunda rayonun 50 nəfər ahıl vətəndaşına maddi yardım göstərilmişdir.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında