Londonda "Azərbaycandan Birminqamaya" adlı tədbir keçirilmişdir

Avropa Azərbaycan Cəmiyyəti tərəfindən (AAC) Londonda "Azərbaycandan Birminqamaya" adlı tədbir keçirilmişdir.
Cəmiyyətdən bildirmişlər ki, tədbirdə Azərbaycanın Londondakı səfiri Fəxrəddin Qurbanov, Britaniyanın Lordlar Palatasının lordu Stepan Gilbert, AAC-nin Hökumətlərlə Əlaqələr Bölməsinin rəhbəri Leon Kuk iştirak etmişlər.
L.Kuk bildirmişdir ki, Böyük Britaniya Azərbaycanın strateji tərəfdaşıdır və təmsil etdiyi cəmiyyət ölkələrimiz arasında mədəni, siyasi və işgüzar əlaqələri genişləndirmək sahəsində fəaliyyət göstərir. O, AAC-nin biznesin inkişafında həyata keçirilən investisiya layihələrində və Azərbaycan mədəniyyətinin Avropada təbliği istiqamətindəki rolundan danışmışdır.
S.Gilbert Böyük Britaniya ilə Azərbaycan arasında əlaqələrdən, bu sahədə həyata keçirilən işlərdən, Azərbaycanın neft və qaz ehtiyatlarının gələcək enerji təhlükəsizliyinin təmini istiqamətində atılan addımlardan danışmışdır. Lord "Eurovision-2012" mahnı müsabiqəsi ilə bağlı təbliğat xarakterli məlumatların hazırlandığını da tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. S.Gilbert gələcəkdə Azərbaycanın Avropaya daha da sıx inteqrasiya edəcəyinə ümidvar olduğunu bildirmişdir.
Səfir F.Qurbanov Azərbaycanın bu il dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünü qeyd etdiyini bildirmişdir. Diplomat Böyük Britaniyanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olduğunu diqqətə çatdırmışdır.
Səfir Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniyaya səfərindən sonra ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da möhkəmləndiyini bildirmişdir. Azərbaycanın neft-qaz sahəsinin, eyni zamanda, turizm imkanlarının sürətlə inkişaf etdiyini qeyd edən F.Qurbanov Azərbaycanın "Eurovision-2011" mahnı müsabiqəsindəki qələbəsinin ölkəmiz üçün böyük uğur olduğunu vurğulamışdır. Diplomat, bu uğurun qazanılmasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətlərini vurğulamışdır.
F.Qurbanov Bakıda keçiriləcək "Eurovision-2012" müsabiqəsində iştirak etmək istəyən Britaniya vətəndaşları üçün səfirliyimiz tərəfindən hər cür şəraitin yaradılacağını da diqqətə çatdırmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında