Dövlət müstəqilliyimiz əbədidir

XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyəti müstəqil Azərbaycan dövlətinin yaradılması və təqribən 70 illik fasilədən sonra onun bərpa edilməsidir.
Çox qədim və zəngin dövlətçilik ənənələrinə sahib olan Azərbaycan xalqı keçən əsrin əvvəllərində bir əsrlik imperiya əsarətindən qurtularaq Şərqdə ilk demokratik respublikanı - müstəqil Azərbaycan Xalq Cümhuriyyətini qurdu. AXC qısa müddət ərzində bütün zəruri dövlətçilik atributlarını - öz parlamentini, hökumətini, ordusunu, pul vahidini yaradaraq müstəqil, suveren dövlətə çevrildi və de-fakto dünya birliyi tərəfindən qəbul edildi. Lakin o zaman müxtəlif xarici müdaxilələr, daxili çəkişmələr və eyni zamanda, lazımi beynəlxalq təminatların olmaması nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti müstəqil dövlət kimi cəmi 23 ay yaşaya bildi. Bu natamam iki il xalqımızın dövlətçilik tarixinin ən parlaq səhifələrindən biri kimi qalacaqdır. Çünki AXC qısa müddətdə xalqa azadlığın şirinliyini dadızdırmış, milli dövlətçilik ənənələrimizin insanların qəlbində yaşamasında və 70 il sonra istiqlaliyyətinin bərpa edilməsində mühüm rol oynamışdır.
Bu fikirlər Xətai Rayon Mədəniyyət Mərkəzinin təşkil etdiyi dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünə həsr olunmuş "dəyirmi masa"da səsləndi. Tədbirdə Xətai Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Zaməddin Əkbərov, Bakı Dövlət Universiteti tarix fakültəsinin dosentləri Nuru Məmmədov və Vaqif Nəbiyev, Azərbaycan tarixi muzeyinin məsul işçisi, memarlıq üzrə fəlsəfə doktoru Nardanə Yusifova, Azərbaycan Yazıçılar Birliyinin məsul əməkdaşı, şair Ədalət Əsgəroğlu, şair Kəmaləddin Qədim, Xətai Rayon Mədəniyyət Mərkəzinin rejissoru Sərvər Əliyev və başqaları çıxış edərək bildirdilər ki, Azərbaycan öz dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünü möhtəşəm uğurlarla qarşılayır. Qeyd olundu ki, 1991-93-cü illərdə Azərbaycan, sözün həqiqi mənasında, öz müstəqilliyini itirmək təhlükəsi qarşısında qalmışdı. Xalqı bu real təhlükədən ulu öndər Heydər Əliyev xilas etdi. Xalqın təkidi ilə siyasi hakimiyyətə qayıdan ümummilli lider ölkədə siyasi sabitliyi bərpa etdi və inkişafın bünövrəsini qoydu.
Ulu öndər Heydər Əliyevin müdrikcəsinə işləyib hazırladığı siyasi kurs 8 ilə yaxındır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan təkcə regionda deyil, bütün Avrasiya məkanında söz sahibidir, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycan iqtisadiyyatı neçə illərdir ki, inkişaf tempinə görə dünyada liderlər sırasındadır və hazırda bütün Cənubi Qafqaz iqtisadiyyatının 75 faizini təşkil edir. Bütün bunlar sübut edir ki, Azərbaycanın dövlət müstəqilliyi etibarlı və əbədidir.

{nl}

Q.PİRİYEV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında