Kür çayının aşağı axınında səviyyənin daha da kəskin artacağı gözlənilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda ən yüksək sululuq Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında müşahidə olunur ki, bu da ongünlük normanın 120-344, Balakən-Şəki bölgəsi çaylarında 90-210, Kiçik Qafqaz çaylarında 132-203 faizini təşkil edir. Lənkəran-Astara bölgəsi çaylarında isə sululuq normadan aşağıdır (120-145 faiz).
Kür çayının Qıraqkəsəmən məntəqəsindən Şəmkir su anbarına axım ongünlük normanın 106 faizi olmaqla 760 kubmetr/saniyə, Qanıx çayından Mingəçevir su anbarına axım isə ongünlük normanın 113 faizi olmaqla 230 kubmetr/saniyə təşkil edir.
Son günlər Türkiyə ərazisində Araz çayının hövzəsinə yağan leysan yağışları nəticəsində Araz çayının Qıvraq məntəqəsində mayın 11-dən 17-dək suyun səviyyəsi 42 santimetr, su sərfi isə 549 kubmetr/saniyədən 777 kubmetr/saniyəyədək artmış, eyni zamanda Araza sağ və sol qollardan tökülən çaylarda sululuğun artması nəticəsində Araz çayının Qızılvəng məntəqəsində səviyyə 30, Novruzlu məntəqəsində isə 49 santimetr artmışdır. Bununla əlaqədar Kür çayının aşağı axınında səviyyələrdə artım qeydə alınmışdır. Belə ki, mayın 18-də Kür çayının Zərdab məntəqəsində səviyyə 6 santimetr azalmış, Surrada 4, Bankədə 7, Şirvanda 11, Salyanda 16, Araz çayının Novruzlu məntəqəsində isə 4 santimetr artmışdır.
Hazırda Kür çayının Zərdab məntəqəsində səviyyə 766 santimetr, su sərfi 886 kubmetr/saniyə, Surrada səviyyə 930 santimetr, su sərfi 1830 kubmetr/saniyə, Salyanda 849 santimetr, su sərfi 1845 kubmetr/saniyə, Şirvanda səviyyə 848 santimetr, Bankədə 502 santimetr, Araz çayının Novruzlu məntəqəsində isə səviyyə 706 santimetr, su sərfi 724 kubmetr/saniyə təşkil edir.
Mayın 24-dək ölkə ərazisində və qonşu ölkələrdə Kür, Araz və Qanıx çaylarının hövzələrində gözlənilən leysan xarakterli intensiv yağışlarla əlaqədar, eyni zamanda, qeyd olunan çaylara tökülən qollarda sululuğun kəskin artması nəticəsində, Kür çayının aşağı axınında səviyyənin daha da kəskin artacağı gözlənilir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında