Daxili İşlər Nazirliyi ilə ATƏT-in Bakı ofisi arasında qarşılıqlı faydalı iş birliyi səmərəli nəticələr verir

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov sentyabrın 29-da ATƏT-in Bakı ofisinin rəhbəri Koray Torqay ilə görüşmüşdür. 
DİN-in mətbuat xidmətindən bildirmişlər ki, R.Usubov Daxili İşlər Nazirliyi ilə ATƏT arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə etmişdir. Nazir bildirmişdir ki, digər hüquq mühafizə orqanları kimi, respublikada təhlükəsizliyin təmin edilməsi, insan hüquq və azadlıqlarının, ictimai asayişin qorunması, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizənin daha səmərəli aparılması məqsədi ilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, Bakı Ofisi və bir sıra ölkələrdə yerləşən missiyaları ilə DİN-in sıx əməkdaşlıq əlaqələri yaranmışdır. Bunun nəticəsi olaraq polis fəaliyyətinin təkmilləşdirilməsi sahəsində bir çox əhəmiyyətli tədbirlər və layihələr həyata keçirilmişdir. Ümumiyyətlə, son illər ATƏT-in təşkilatçılığı ilə keçirilən müxtəlif tədbirlərdə nazirliyin 2 mindən çox əməkdaşı iştirak etmişdir.
R.Usubov qeyd etmişdir ki, əldə edilmiş təcrübənin praktiki fəaliyyətdə tətbiqi istiqamətində işlər davam etdirilir.
Daha sonra daxili işlər naziri kriminogen durumla bağlı qısa məlumat vermiş, ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış və Prezident İlham Əliyevin daha da möhkəmləndirdiyi sabitlik və təhlükəsizlik şəraitində Azərbaycanın keçdiyi inkişaf yolundan, eyni zamanda, polisin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədi ilə bir sıra mötəbər beynəlxalq təşkilatların, o cümlədən ATƏT ekspertlərinin rəyləri nəzərə alınmaqla hazırlanmış zəruri normiativ-hüquqi bazadan, həyata keçirilmiş islahatlardan danışmışdır.
Qəbul edilmiş yeni qanunların, həmçinin ATƏT-in dəstəyi ilə keçirilən çoxsaylı seminar və treninqlərin şəxsi heyətin peşəkarlığının, dünyagörüşünün artırılmasında, xidməti fəaliyyətin beynəlxalq standartlara uyğunlaşdırılmasında böyük rolu olduğunu vurğulayan R.Usubov nazirlik tərəfindən qanunçuluğa, insan hüquq və azadlıqlarının qorunmasına ciddi nəzarət edildiyini, vətəndaşlarla kobud rəftar etdiklərinə, onların hüquq və azadlıqlarını pozduqlarına görə təkcə son üç il yarım ərzində 798 əməkdaşın cəzalandırıldığını diqqətə çatdırmışdır.
Koray Torqay ATƏT-in Bakı Ofisi ilə Daxili İşlər Nazirliyi arasında qarşılıqlı faydalı iş birliyinin bütün sahələrdə səmərəli nəticələr verdiyini bildirmişdir. O demişdir ki, uğurlu əməkdaşlıq gündən-günə inkişaf edir. ATƏT-in Bakı Ofisinin rəhbəri təmsil etdiyi qurumun polisin fəaliyyətinin təkmilləşdirilməsində hər zaman maraqlı olduğunu və bu prosesə bundan sonra da yardımçı olacağını vurğulamışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında