Azərbaycan ilə Çin arasında münasibətlər sabit və dinamik inkişaf edir

Sentyabrın 29-da Çinin Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Çin Xalq Respublikası yaradılmasının 62-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil etmişdir.
Çinin inkişaf yolundan danışan səfir Çjan Yan Yan ölkəsinin iqtisadi və mədəni sahələrdə böyük tərəqqiyə nail olduğunu vurğulamışdır. Dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünü qeyd edən Azərbaycanın qazandığı nailiyyətləri yüksək qiymətləndirən diplomat bildirmişdir ki, ölkələrimiz arasında münasibətlər sabit və dinamik inkişaf edir.
Gələn il Azərbaycan-Çin əlaqələrinin qurulmasının 20 illiyinin qeyd olunacağını vurğulayan səfir əmin olduğunu bildirmişdir ki, ölkələrimiz arasında münasibətlər bundan sonra da inkişaf edəcəkdir.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin adından mərasim iştirakçılarını təbrik etmiş, Çin xalqına sülh və əmin-amanlıq arzulamışdır.
Nazir bildirmişdir ki, 1994-cü ildə ümummilli lider Heydər Əliyevin, 2005-ci ildə isə Prezident İlham Əliyevin Çinə səfərləri ölkələrimiz arasında münasibətlərin inkişafına təkan vermişdir.
Vurğulanmışdır ki, Azərbaycan və Çin beynəlxalq təşkilatlarda daim bir-birini dəstəkləmişlər. Qədim tarixə malik Azərbaycan-Çin əlaqələrinin inkişafında yeni səhifənin açıldığını vurğulayan nazir hökumətlərarası komissiyanın fəaliyyət göstərdiyini, 40-dək sazişin imzalandığını diqqətə çatdırmışdır.
Tədbir ədəbi-bədii kompozisiya ilə davam etmişdir.
Çinin milli azadlıq mübarizəsini əks etdirən sərgi də təşkil olunmuşdur.
Qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında