Azərbaycanda təkrar, əlavə və yeni bələdiyyə seçkilərinin vaxtı açıqlanmışdır

Sentyabrın 29-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilmişdir.
MSK-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda əvvəlcə Azərbaycan Respublikasında bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərin təyin edilməsi barədə məsələyə baxılmışdır. Bu məsələ barədə məlumat verən MSK sədri Məzahir Pənahov bildirmişdir ki, Azərbaycan Respublikasında 2009-cu il dekabrın 23-də keçirilmiş seçkilər nəticəsində hazırda fəaliyyətdə olan bələdiyyələr formalaşmış, 9 bələdiyyə üzrə səsvermənin nəticələri isə etibarsız hesab edilmişdir. Bununla yanaşı, ötən müddət ərzində fəaliyyətdə olan bəzi bələdiyyələrdə bir sıra bələdiyyə üzvlərinin səlahiyyətləri itirilmiş və ya səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmişdir. Nəticədə həmin bələdiyyə üzvlərinin yerləri boşalmışdır.
Sonra M.Pənahov MSK üzvlərinə bələdiyyə seçkilərinin təyin edilməsinə dair qərar layihəsi barədə məlumat vermişdir. MSK qərara almışdır ki, Azərbaycan Respublikasında bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilər cari il noyabrın 30-da keçirilsin. Bildirilmişdir ki, ümumilikdə 330 bələdiyyə üzrə 464 üzv seçilməlidir.
MSK katibi Arifə Muxtarova "Azərbaycan Respublikasında bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilər hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin "Təqvim planı"nın təsdiq edilməsinə dair məsələ barədə məlumat vermişdir. Komissiya "Təqvim planı"nın təsdiq edilməsi barədə qərar qəbul etmişdir.
İclasda 42 saylı Sumqayıt ikinci seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik olunmuşdur.
Komissiyanın iclasında cari məsələlərə də baxılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında