İslam Konfransı Gənclər Forumunun Avrasiya Regional Mərkəzi Bakıda fəaliyyət göstərəcəkdir

Mayın 18-də İslam Konfransı Təşkilatı xarici işlər nazirlərinin Düşənbədə öz işinə başlayan 37-ci sessiyasının açılış mərasimi çərçivəsində İslam Konfransı Gənclər Forumunun (İKGF) Avrasiya Regional Mərkəzinin yaradılması haqqında müqavilə imzalanmışdır.
Müqaviləni Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və İKGF-nin baş katibi Elşad İskəndərov imzalamışlar. İmzalanma mərasimində İKT-nin baş katibi Ekmələddin İhsanoğlu, İKT-yə üzv olan 57 dövlətin, eləcə də bu təşkilatda müşahidəçi statusunda olan bir çox beynəlxalq təşkilat və ölkələrin nümayəndələri iştirak etmişlər.
Baş qərargahı Bakı şəhərində yerləşəcək Avrasiya Regional Mərkəzi İKGF-nin proqramlarının İKT-yə üzv MDB ölkələrində, həmçinin Mərkəzi və Şərqi Avropada, o cümlədən bu məkanda müsəlman azlıqları təmsil edən gənclər təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsini həyata keçirəcəkdir.
Mərkəz, İKT-nin Azərbaycanın ev sahibliyi edəcəyi ilk qurumu olacaqdır.
Sessiyanın ümumi iclasında çıxış edən Elmar Məmmədyarov İKGF təsis olunduqdan sonra qısa zaman ərzində uğurlar əldə etdiyini demiş, Forumun BMT-nin Sivilizasiyalararası Alyansı proqramında gənclərin rolunun gücləndirilməsi işindəki fəaliyyətini xüsusi vurğulamışdır. O, Azərbaycanın, fəaliyyət dairəsi 25-dən artiq ölkəni əhatə edəcək İKGF-nin Regional Mərkəzinə ev sahibliyi etməsini ölkəmizin İKT-yə göstərdiyi dəstəyin bariz nümunəsi olduğunu qeyd etmişdir.
Düşənbə sessiyasında İKT ölkələri xarici işlər nazirlərinin Azərbaycan hökumətinə İKGF-ə göstərdiyi dəstəyə, eləcə də Regional Mərkəzin Bakıda fəaliyyət göstərməsinə imkan yaratdığına görə minnətdarlıq ifadə edən xüsusi qətnaməsinin qəbul ediləcəyi gözlənilir.
Qeyd edək ki, İslam Konfransı Gənclər Forumu 2005-ci ildə təsis edilmişdir. Qurumun baş qərargahı İstanbul şəhərində Türkiyə hökuməti ilə imzalanmış müqavilə əsasında fəaliyyət göstərir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında