Azərbaycan və İndoneziya arasında məhkəmə-hüquq sahəsində əməkdaşlıq məsələləri müzakirə edilmişdir

Sentyabrın 29-da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev İndoneziyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Aqus Trimartono ilə görüşmüşdür.  
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə A.Trimartono İndoneziya Konstitusiya Məhkəməsinin sədri Mohammad Mahfudun və onun müavini xanım Maria Farida İndratinin oktyabrın 19-21-də Bakıya rəsmi səfər edəcəyi barədə məlumat vermişdir.
F.Abdullayev indoneziyalı həmkarlarının Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünün rəsmi qeyd olunacağı günlərdə Bakıya səfərlərinin ölkələrimiz arasındakı məhkəmə-hüquq əməkdaşlığının inkişafına xidmət edəcəyini vurğulamışdır. Həmçinin, bildirilmişdir ki, nəzərdə tutulan səfər İndoneziyanın yüksək məhkəmə orqanının rəhbərliyinə Azərbaycanda bütün sahələrdə müşahidə edilən sürətli inkişaf ilə tanış olmağa imkan yaradacaqdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında