Ermənistan kəndlərində kişi qalmamışdır

Fransadakı güclü erməni lobbisinin maddi yardımı ilə gündəlik nəşr olunan "Ermənistan xəbərləri" qəzetinin 25 sentyabr tarixli nömrəsində jurnalist Demien McGüinesin "Ermənistanda immiqrasiya: tənha qalmış qadınların kəndləri" adlı məqaləsi dərc olunmuşdur. Məqalədə Ermənistan üçün artıq ciddi problemə çevrilmiş immiqrasiya məsələsindən bəhs olunmuşdur. 
Məqalənin əvvəlində bildirilir ki, keçmiş Sovetlər birliyinin əksər regionlarında insanlar yoxsulluq və işsizlik üzündən ata-baba yurdlarını tərk etməyə məcbur olurlar. Bu hal Ermənistanda daha kütləvi şəkil almışdır. Ölkədə həyat səviyyəsinin hədsiz dərəcədə aşağı düşməsi və iqtisadi böhranın getdikcə dərinləşməsi ucbatından ailəsini dolandırmaq naminə erməni kişilər ev-eşiyini qadınların öhdəsinə buraxaraq xarici ölkələrə immiqrasiya edirlər.
Müəllif Ermənistanın Dzöpaqyuq kəndində rastlaşdığı hadisəni olduğu kimi oxucuların diqqətinə çatdırır, bu kəndin tarlalarında yalnız qadın və uşaqların çalışmalarından, ağır zəhmətə qatlaşmalarından söhbət açır. Çünki ailələrini dolandırmaq və müəyyən qədər pul qazanmaq üçün kişilərin xarici ölkələrə getməkdən başqa əlacları qalmamışdır.
Müəllifin söhbət etdiyi iki uşaq anası 25 yaşlı Milena Kazaryan əri tərəfindən tənha buraxılmış kənd qadınlarından biridir. Qadın jurnalistə bildirmişdir ki, onun əri, atası, babası da digər qardaşları kimi bir tikə çörək qazanmaq üçün Moskvada işləməyə məcbur olmuşlar. Bütün kişilər kəndləri tərk edərək Rusiyaya və yaxud Avropa ölkələrinə üz tutmuşlar. Erməni qadınları daim böyük narahatlıq keçirirlər. Onlar ərlərinin qayıdıb-qayıtmayacağı fikri ilə yaşayırlar. Milenanın rəfiqələrinin əksəriyyətinin ərləri Rusiyada ikinci dəfə evlənmişlər. Onların Ermənistana dönmələri heç də inandırıcı görünmür.
Getdikcə boşalmaqda olan kəndlər ərləri getdikdən sonra tənha qalmış qadınların ümidinə buraxılmışdır. Bu qadınlar vaxtilə kişilərin gördüyü ən ağır işləri görməyə məcbur olmuşlar.
İmmiqrasiya üzrə beynəlxalq təşkilatın Yerevandakı ofisinin əməkdaşı məqalənin müəllifinə hakimiyyətin vətəndaşların immiqrasiya probleminin qarşısını almaq üçün heç bir iş görmədiyini bildirmişdir. Ölkə rəhbərliyi əsil həqiqəti əhalidən gizlədərək Ermənistanda işsizlərin sayının guya 7 faiz olması barədə mənasız yerə hay-küy salır. Tamam yoxsulluğa düçar olmuş ölkədəki vəziyyət bunun əksini deyir və göstərilən rəqəm heç bir reallıqla səsləşmir. Əslində işsizlərin sayı əhalinin 30 faizini, bəlkə də daha çox hissəsini təşkil edir.
Məqalədə göstərilir ki, statistik məlumata görə, hər il 100 min erməni ölkəni tərk edərək Rusiyaya və yaxud Avropa ölkələrinə immiqrasiya edir. Onların əksəriyyəti kişilərdən ibarətdir. Hazırda Rusiyada 1 milyon erməni məskunlaşmışdır. Bu heç də dəqiq rəqəm deyildir. Onların sayı daha artıqdır. Çünki ermənilərin çoxu xarici ölkələrə gizli yollarla getmişdir və qeydiyyatdan keçmədən həmin ölkələrdə yaşayır. Ona görə də dövlət rəsmiləri Ermənistanda 3 milyon erməninin yaşadığını bildirsə də, bu, inandırıcı deyildir. Qadınların öhdəsinə buraxılmış və getdikcə boşalmaqda olan kəndlər bunu sübut edir.
Məqalədə qeyd olunur ki, kişilərin ölkəni tərk etmələri cəmiyyət üçün əməlli-başlı problem yaratmışdır. Ərlik vaxtları çatmış qızların ailə qurmaları müşkül məsələyə çevrilmişdir. Çünki ölkədə onları yaxşı bir şey gözləmədiyini başa düşən oğlanlar müxtəlif bəhanələrlə Ermənistanı tərk etmişlər. Ermənistanda vətənpərvərlik hissi çox aşağı düşmüşdür.

{nl}

Əsgər ƏLİYEV, AzərTAc-ın xüsusi müxbiri
Paris


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında