Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu aclıqdan əziyyət çəkən somalililərə humanitar yardım göstərmişdir

Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏİKGF) Avrasiya Regional Mərkəzindən bildirmişlər ki, Azərbaycanda keçirilən "Somaliyə yardım əlini uzat" humanitar kampaniyası çərçivəsində kütləvi aclıq səbəbindən öz evlərini tərk etmiş, Somalinin Keniya ilə sərhədindəki qaçqın düşərgəsində yaşayan iki min somalili ailəyə bir aylıq ərzaq paketi verilmişdir.
Aksiya DƏİKGF-nin nümayəndələri və digər beynəlxalq humanitar təşkilatlar tərəfindən həyata keçirilmişdir. Ramazan bayramından sonra başlanmış ərzaq məhsullarının alınıb paylanması prosesi bir neçə gün öncə başa çatmışdır. DƏİKGF-nin baş ofisinin nümayəndələri dünən İstanbula geri dönmüşlər.
Somali və ətraf rayonlarda aclıqla müşayiət edilən ölüm hallarının qarşısı beynəlxalq donor təşkilatlarının səyləri nəticəsində qismən alınsa da, qaçqın düşərgələrində yaşayan somalililərin vəziyyəti ağır olaraq qalmaqdadır. İlk növbədə, əhali ərzaq, xüsusilə içməli su çatışmazlığından, dərman azlığı səbəbindən yayılan xəstəliklərdən əziyyət çəkir.
Xatırladaq ki, müqəddəs Ramazan ayında ölkəmizdə Somalidə kütləvi aclıqdan əziyyət çəkən əhaliyə yardım məqsədilə DƏİKGF-nin təşəbbüsü ilə beynəlxalq humanitar kampaniyaya start verilmişdi. Kampaniyanın əsas məqsədi Azərbaycanda somalililərə yardım etmək istəyən insanlardan maliyyə yardımını toplayaraq bu ölkəyə çatdırılmasını təmin etmək idi. Kampaniya müddətində - on gün ərzində Azərbaycanda 72 min dollardan çox maliyyə vəsaiti toplanmışdı.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında