Azərbaycan ilə Belçika Krallığı arasında fövqəladə hallar sahəsində əməkdaşlıq məsələləri müzakirə olunmuşdur

Sentyabrın 28-də Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Belçika Krallığının ölkəmizdəki səfiri Luc Truyens ilə görüşmüşdür. 
Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə K.Heydərov FHN və onun strukturları tərəfindən həyata keçirilən və nəzərdə tutulmuş layihələr barədə məlumat vermişdir. Bildirilmişdir ki, görülən işlərin beynəlxalq normalar səviyyəsində olması üçün nüfuzlu beynəlxalq və regional təşkilatlar, xarici dövlətlərin müvafiq qurumları ilə əlaqələr inkişaf etdirilir, təcrübə mübadiləsi aparılır.
Səfir hər iki dövlətin müvafiq qurumları arasında, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşməsi üçün birgə səylər göstərəcəyini vurğulamışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında