Almaniyanın nüfuzlu Fridrix Ebert Fondunun Cənubi Qafqaz üzrə əlaqələndiricisi AHİK-də olmuşdur

Sentyabrın 28-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Fridrix Ebert Fondunun Cənubi Qafqaz üzrə əlaqələndiricisi Mattias Yobelius ilə görüş keçirilmişdir.
Qonağı salamlayan AHİK sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev Azərbaycanda həmkarlar hərəkatının inkişafından danışmışdır.
Bildirilmişdir ki, Azərbaycanda həmkarlar ittifaqı təşkilatının yaranması və inkişafı 1904-1905-ci illərə təsadüf edir. Qurum sovet dövründə özünün əsl mahiyyətini göstərə bilməsə də, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətində ciddi dönüş yaranmışdır. Bu komitə ölkəmizdəki ən iri həmkarlar ittifaqı təşkilatlarından biridir.
S.Mehbalıyev vurğulamışdır ki, Azərbaycan dövləti öz vətəndaşlarının Konstitusiya ilə təsbit olunmuş hüquqlarının müdafiəsini tam təşkil etmişdir.
AHİK sədri dünyanın məşhur fondu ilə rəhbərlik etdiyi qurumun qarşılıqlı əlaqələrinin qurulmasını yüksək qiymətləndirmişdir.
Ətraflı məlumata, eləcə də göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən M.Yobelius təmsil etdiyi fondun fəaliyyətindən danışmışdır. Qonaq bildirmişdir ki, Fridrix Ebert Fondu sosial-demokratiya və mədəniyyət sahələrində fəaliyyət göstərən azad və qeyri-kommersiya təşkilatıdır. Bu nüfuzlu təşkilatın fəaliyyəti təkcə Almaniyanı deyil, bütün dünyanı əhatə edir. Fond ilə bir çox təşkilatlar arasında qarşılıqlı əməkdaşlığa dair müqavilələr imzalanmışdır. Dünyanın müxtəlif ölkələrində fondun 33 ofisi fəaliyyət göstərir.
Qonaq AHİK-in gələcək planları ilə də maraqlanmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında