Culfa rayonunun Nəhəcir kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir

Sentyabrın 27-də Culfa rayonunun Nəhəcir kəndində yeni məktəb binasının, kənd və xidmət mərkəzlərinin açılışı olmuşdur. Nəhəcir kənd tam orta məktəbinin yeni binasının açılışı mərasimində Culfa Rayon İcra Hakimiyyətinin başçısı Şükür Babayev çıxış edərək bildirmişdir ki, muxtar respublikada uğurla həyata keçirilən çoxşaxəli quruculuq tədbirləri, müxtəlif sahələrdə aparılan məqsədyönlü islahatlar əhalinin sosial problemlərinin həllinə, infrastruktur obyektlərinin yeniləşməsinə səbəb olmuşdur.
Bu tədbirlər Culfa rayonunda da uğurla həyata keçirilir, rayon mərkəzində və kəndlərdə yeni sosial obyektlər tikilərək əhalinin istifadəsinə verilir.
Nəhəcir kənd tam orta məktəbinin müəllimi Tural Hüseynov yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə minnətdarlığını bildirmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Nəhəcir kənd tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə kənd sakinlərini və məktəbin kollektivini təbrik etmiş, ulu öndər Heydər Əliyevin "Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq" kəlamını xatırladaraq demişdir: Bu gün ölkə həyatında təhsilə xüsusi önəm verilir. Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi təhsil strategiyası Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müasir reallıqlar nəzərə alınaraq uğurla həyata keçirilir.
"Ucqar dağ kəndində belə məktəb binasının istifadəyə verilməsi təhsilə göstərilən diqqət və qayğının əyani ifadəsidir" deyən Ali Məclisin sədri qeyd etmişdir ki, bu gün 132 şagird yerlik məktəbdə kimya-biologiya, fizika kabinələri, elektron lövhəli sinif, kompyuter otağı, kitabxana, idman zalı müəllim və şagirdlərin istifadəsinə verilir. Məktəbdə 62 şagirdin təlim-tərbiyəsi ilə 22 müəllim məşğul olur. Bu il sentyabrın 6-da keçirilən növbəti təhsil yarmarkasında 3 nəfər gənc müəllim göndəriş alaraq Nəhəcir kənd tam orta məktəbində pedaqoji fəaliyyətə başlamışdır. Təhsil ocağının nailiyyətləri də qənaətləndiricidir. 2010-2011-ci tədris ilində məktəbi bitirən 3 məzundan 2-si ali məktəbə qəbul olunmuşdur. Bu da müəllimlərin səyi və şagirdlərin çalışqanlığı nəticəsində mümkün olmuşdur.
Ali Məclisin sədri təhsildə qazanılan uğurlara görə pedaqoji kollektivə təşəkkürünü bildirərək demişdir: "Yeni məktəb yeni vəzifələr müəyyənləşdirir. Burada tədrisin yüksək səviyyədə aparılması üçün lazım olan avadanlıqlar qoyulmuş, hərtərəfli şərait yaradılmışdır. Yaradılan şəraitin müqabilində müəllimlər və şagirdlər bundan sonra daha səylə çalışmalı, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər. Təhsil milli-mənəvi dəyərlər üzərində qurulanda daha səmərəli olur. Bu dəyərlərə sahib olan hər bir təhsilli gənc dövlətin milli sərvətidir. Buna görə də məktəblərimizdə milli-mənəvi dəyərlər qorunmaqla, müasir tədris metodlarından istifadə edilməklə təhsilli gənclər hazırlanmalıdır".
Gələcəkdə məktəbin nailiyyətlərinin daha yüksək olacağına, təhsil ocağında vətənpərvər, təhsilli gənclərin yetişəcəyinə əminliyini bildirən Ali Məclisin sədri kollektivə uğurlar arzulamışdır.
Açılışı bildirən rəmzi lent kəsildikdən sonra yeni məktəb binasına baxış olmuşdur. Zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan məktəb binası müasir memarlıq üslubunda inşa edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında