Bakıya həmişə böyük həvəslə gəlirəm

Azərbaycana bir neçə dəfə səfər etmişəm və hər gəlişimdə böyük dəyişiklərin şahidi olmuşam. Ölkənizdə baş verən müsbət dəyişikliklər, insanların həyat səviyyəsinin yaxşılaşması naminə atılan addımlar və müasirliyə doğru meyillər məni daha çox özünə cəlb edir. Bütün bunlara görə Bakıya həmişə böyük həvəslə gəlirəm.
Bu fikirləri Azərbaycan dövlət müstəqilliyinin bərpa edilməsinin iyirminci ildönümünə həsr olunmuş beynəlxalq bayram tədbirində iştirak edən İspaniya parlamentinin nümayəndəsi Julio de Espan demişdir.
Azərbaycandakı inkişaf özünü təkcə müasir tikililərdə göstərmir. Bu, həm də iqtisadi inkişaf templərində, insanların güzəranının yaxşılaşmasında da aydın görünür. Bu isə çox vacib amillərdəndir.
İspaniya ilə Azərbaycan arasında məsafə qısa olmasa da, ölkənizdəki inkişaf uzaqdan da yaxşı hiss edilir. Burada yaşamasam da, Azərbaycanın xoş sədasını hər zaman, hər yerdə eşidirəm. İspaniya ilə Azərbaycan arasında yaxşı münasibətlər qurulmuşdur. Ölkələrimizin mədəniyyətləri fərqli olsa da, Azərbaycanın inkişafı bizi də çox sevindirir. Bir daha sizi müstəqilliyinizin bərpasının 20-ci ildönümü münasibətilə təbrik edir, yeni-yeni uğurlar arzulayıram.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında