"Müstəqil Azərbaycan 20 il ərzində" kitabı çapdan çıxmışdır

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar "Müstəqil Azərbaycan 20 il ərzində" kitabı işıq üzü görmüşdür.
Azərbaycan, rus və ingilis dillərində nəşr edilən kitabda ölkə iqtisadiyyatının 20 il ərzindəki inkişaf dinamikası cədvəl və diaqramlar vasitəsilə şərh olunmuşdur. Kitabın müəllifləri coğrafiya elmləri doktoru, professor Çingiz İsmayılov və iqtisad elmləri üzrə fəlsəfə doktoru Vurğun Süleymanovdur.
Kitabda Azərbaycanda ötən dövr ərzində ümumdaxili məhsulun, əsas kapitala yönəldilmiş sərmayələrin həcmi, inflyasiyanın, xarici və daxili investisiyaların dinamikası, Dövlət Neft Fondu vəsaitlərinin, neft və qaz hasilatı və bir sıra digər göstəricilər öz əksini tapmışdır.
Nəfis tərtibatla çap edilmiş kitab mütəxəssislər, politoloqlar, jurnalistlər, tələbələr - bir sözlə, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında