Azərbaycanın İrandakı səfirliyi yeni binaya köçmüşdür Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyi yeni binaya köçmüşdür.

Yeni bina Tehranın Dərus yaşayış massivində yerləşir. Dördmərtəbəli bina 3 min kvadratmetrə yaxın sahəni əhatə edir. Təxminən bir hektarlıq həyət nadir bəzək ağacları və kolları ilə bəzədilmişdir. Binanın önündə Azərbaycan Respublikasının dövlət bayrağı və gerbi asılmış, ən böyük salonda isə ümummilli lider Heydər Əliyevin büstü qoyulmuşdur. İşçilərin rahat və səmərəli fəaliyyəti üçün bütün şərait yaradılmış, iş otaqları texniki avadanlıqla təmin edilmişdir. 
Yeni binada Azərbaycanın İrandakı hərbi attaşe aparatı və Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) İran nümayəndəliyi üçün də iş otaqları ayrılmışdır.
Səfirliyin ünvanı: Tehran şəhəri, Dərus, Şəhrzad bulvarı, Rastovan xiyabanı, 16.
Telefon: (0098-21) 22 56 31 46; 22 56 31 47; 22 55 42 55; 22 55 95 53.
Faks: (0098-21) 22 55 81 83.
E-mail:[email protected].
Sabir ŞAHTAXTI, AzərTAc-ın xüsusi müxbiri
Tehran


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında