Azərbaycan rəqəmsal keçidə tam hazırdır

Sentyabrın 27-də "Avropa" mehmanxanasında İnternational Media Support (İMS), Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası (MTRŞ), ABŞ-ın Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurası (İREX) və Media Hüququ İnstitutunun təşkilatçılığı ilə "Beynəlxalq yayım standartları" mövzusunda konfrans keçirilmişdir.
Tədbirdə MTRŞ-nin sədri Nuşirəvan Məhərrəmli Azərbaycanda rəqəmsal yayıma keçidlə bağlı məruzəsində ölkədə televiziya və radio yayımı ilə əlaqədar qanunvericiliyin mövcud vəziyyəti, rəqəmsal yayıma keçidlə bağlı qarşıda duran vəzifələr barədə danışmışdır. Bildirmişdir ki, Azərbaycanda gələn ilin əvvəlinə telekanalların analoq yayımı dayandırılacaqdır. Noyabrda ölkədə rəqəmsal televiziya yayımına başlanacaqdır. İlk iki ay müddətində analoq və rəqəmsal yayım paralel şəkildə aparılacaqdır. MDB məkanında ilk dəfə olaraq Azərbaycan analoq yayımdan imtina edəcəkdir. Bu sahədə həm texniki, həm də keyfiyyət baxımından ciddi dəyişikliklər vardır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi artıq bu məsələ ilə məşğuldur. Lisenziya sahəsində Avropa təcrübəsi öyrənilir. MTRŞ-nin sədri demişdir ki, rəqəmsal yayıma keçmək üçün analoq yayımı rəqəmsal yayıma uyğunlaşdırmaq lazımdır. Bunun üçün televizora dekoder alınmalıdır. Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin "Peyk" zavodu və "Kür" zavodu dekoderlər istehsal edirlər. Zavodlar yaxın vaxtlarda kütləvi istehsala başlayacaqlar. Eyni zamanda sahibkarlar da xaricdən dekoderlər gətirirlər. Hazırda dekoderlərin qiyməti 30-35 manat təşkil edir. İstehsalçılarla danışıqlar aparılır. Kütləvi istehsal olsa, o zaman qiymətlər aşağı salına bilər. Rəqəmsal yayımın üstünlüklərindən danışan N.Məhərrəmli Azərbaycanın bu prosesə tam hazır olduğunu bildirmişdir.
İREX Yeni Media Layihəsinin rəhbəri Angela Nicoara "Avropa İttifaqı ölkələrində teleradio yayımının tənzimlənməsi", İMS Azərbaycan üzrə layihə rəhbəri Gülnarə Axundova "Yayım standartları və jurnalist etikası" mövzusunda çıxış etmişlər.
Konfransda Azərbaycan, Rumıniya, Macarıstan və Gürcüstandan olan media ekspertləri, aparıcı media qurumlarının rəhbərləri medianın rəqəmsal yayıma keçidi, yayım standartları barədə təcrübə mübadiləsi aparmışlar.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında