Əli HÜSEYNLİ: Beynəlxalq təşkilatların Azərbaycanda mülkiyyət hüquqlarının kobud şəkildə pozulması barədə rəyləri əsassızdır

"Mülkiyyətin özgəninkiləşdirilməsi halları təkcə Azərbaycanda deyil, bütün ölkələrdə var. Mülkiyyət bəzən hətta ictimai maraq naminə özgəninkiləşdirilir, dövlət tərəfindən alınır. Bu zaman mübahisələr yaranır, narazı qalan tərəflər olur. Bundan ötrü müəyyən prosedur olmalıdır. Əgər vətəndaş həmin prosedurdan narazıdırsa, bu zaman məhkəməyə müraciət etməlidir.
Azərbaycan hökuməti də çox qısa zaman çərçivəsində inzibati məhkəmə sistemini formalaşdırıb ki, dövlət-hakimiyyət orqanlarının qərarlarından şikayət vermək mümkün olsun. Yəni, mübahisə yaranırsa, narazılıq varsa, məhkəməyə müraciət etmək lazımdır". APA-nın məlumatına görə, bu fikri jurnalistlərə açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli bildirmişdir.
O, bəzi beynəlxalq təşkilatların Azərbaycanda mülkiyyət hüquqlarının kobud şəkildə pozulması barədə hesabat və rəylərinin isə əsassız olduğunu vurğulayıb: "Bunlar əsassız məlumatlardır. Bilirsiniz, belə məlumatlar olur. BBC kimi televiziya boksda guya rüşvət olması barədə məlumat yayıb. Hərdən bu cür əsassız məlumatlar yayılır".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında