Elnur ASLANOV: Azərbaycanda Gənclər Fondunun yaradılması ilə bağlı təkliflər hazırlanmışdır

Azərbaycanda Gənclər Fondunun yaradılması ilə bağlı təkliflər hazırlanıb. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının (PA) Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov demişdir.
"Təkliflər yaxın günlərdə Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunacaq", - deyə E.Aslanov bildirmişdir.
Onun sözlərinə görə, hazırda "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının müxtəlif bəndləri üzrə işlər aparılır:
"Beynəlxalq Gənclər Mərkəzinin yaradılması ilə bağlı ölkə Prezidenti tapşırıqlar verib. Digər bəndlərin də reallaşdırılmasına başlanılmışdır. 2012-ci ilin yanvarından Dövlət Proqramı üzrə işlər daha səmərəli və sürətli aparılacaq".
Qeyd edək ki, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 7 iyul tarixli sərəncamı ilə təsdiq olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında