Misirin "Yaxın Şərq Araşdırmaları" elmi nəşrində AzərTAc-ın tarixindən və inkişaf mərhələlərindən bəhs edən məqalə dərc olunmuşdur

Misirin məşhur Ayn-Şəms Universitetinin Yaxın Şərq Araşdırmaları Mərkəzinin eyniadlı elmi nəşrində 2011-ci il mart tarixli 28-ci nömrəsində Azərbaycan Dövlət Teleqraf Agentliyinin baş direktoru Aslan Aslanovun "AzərTAc-ın tarixinə və inkişaf mərhələlərinə baxış" adlı elmi məqaləsi dərc edilmişdir.
Elmi məcmuənin 139-154-cü səhifələrində yer alan məqalə girişdən, agentliyin yaranması, Sovet dövründə və ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə yenidən qayıdışından sonrakı dövrdə fəaliyyətindən bəhs edən bölmələrdən ibarətdir. Məqalənin sonunda ingilis dilində nəticə və ədəbiyyat siyahısı verilmişdir.
Müəllif məqalənin əvvəlində AzərTAc-ın yaranmasını zəruri edən tarixi hadisələrdən danışır, müxtəlif arxiv sənədlərindən araşdırıb topladığı faktları təhlil edərək agentliyin keçdiyi tarixi yola işıq salır. Məqalənin sonrakı bölmələrində agentliyin Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmasından bu günədək keçdiyi 90 illik inkişaf mərhələlərindən bəhs edilir.
Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə 1993-cü ilin yayında ölkənin siyasi rəhbərliyinə qayıdışı ilə AzərTAc-ın da fəaliyyətində mühüm tarixi mərhələnin başlandığını faktlar və rəsmi sənədlər əsasında geniş şərh edən müəllif bu mərhələdə agentliklə bağlı bir çox əhəmiyyətli qərarların qəbul edildiyini, onun dünya informasiya məkanında öz layiqli yerini tutmasını diqqətə çatdırır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında