Moldova prezidenti Ermənistana gizli silah satışına görə Silahlı Qüvvələrin baş qərargah rəisini vəzifədən azad etmişdir

Moldova prezidentinin səlahiyyətlərini icra edən Marian Lupu imzaladığı fərmanla ölkə Silahlı Qüvvələrinin baş qərargah rəisi, general Yuriy Dominici tutduğu vəzifədən azad etmişdir. 
APA-nın Moldova kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, fərmanın hərbi nizam-intizamı artırmaq və hərbi qanunvericiliyinin gələcəkdə pozulmasını önləmək məqsədilə imzalandığı bildirilir.
Moldova nəşrlərinə görə, generalın istefaya göndərilməsinə əsl səbəb bir qədər öncə Ermənistanla gizli silah sövdələşməsinin üstünün açılması olub. Bu günlərdə meydana çıxmış bu qalmaqal Moldovanın siyasi dairələrində böyük hay-küyə səbəb olub. Moldovanın hakim dairələrində ehtiyat edirlər ki, bu qalmaqal Moldova-Azərbaycan və GUAM çərçivəsindəki əməkdaşlığa əngəl ola bilər. Ölkənin müdafiə naziri Vitali Marinuya yerli parlamentdə dinləmələr zamanı silah alveri faktını təsdiq edib. Söhbətin artilleriya və tank əleyhinə qurğulardan getdiyi xəbər verilir. Bu silahların yük təyyarəsi ilə bir müddət öncə Kişinyovdan İrəvana çatdırıldığı xəbər verilir. Moldova hökuməti bəyan edib ki, hərbi texnika satışından xəbəri olmayıb, amma hərbi rəsmilər bildiriblər ki, hökumətin təlimatı ilə hərəkət ediblər.
Məsələ ilə bağlı araşdırma başlayıb.
Xatırladaq ki, bir qədər öncə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirib ki, Ermənistana hücum silahı satan dövlətlər böyük səhv buraxıblar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında