Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası yaxın bir həftə ərzində Azərbaycan MSK-nın sədri M.Pənahova dəvətnamə göndərəcəkdir

Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurov Rusiyada seçki kampaniyasının birinci mərhələsinin başa çatmasına həsr edilmiş mətbuat konfransından sonra AzərTAc-ın müxbirinə demişdir: "RF MSK Azərbaycandan olan müşahidəçiləri hələ dəvət etməmişdir, lakin yaxın bir həftə ərzində biz dəvətnamələri göndərəcəyik və əlbəttə həmkarımız, professor Məzahir Pənahov Rusiyada seçkilərə hökmən dəvət olunacaqdır".
MSK sədri Vladimir Çurov mətbuat konfransında cari vəziyyət barədə məlumat verərək qeyd etmişdir ki, VI çağırış Dövlət Dumasına seçkilərlə əlaqədar kampaniyanın birinci mərhələsi başa çatmışdır. RF Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış 7 siyasi partiyanın hamısı ("Yedinaya Rossiya", RF KP, RLDP, "Yabloko", "Patriotı Rossii", "Pravoye delo" və "Spravedlivaya Rossiya" partiyaları) seçki kampaniyasında iştirak edir.
Onlar artıq öz qurultaylarını keçirmiş və namizədlərinin siyahılarını formalaşdırmışlar. V.Çurov bildirmişdir ki, partiyaların bir qismi artıq öz sənədlərini MSK-ya təqdim etmişdir, digərləri bunu yaxın günlərdə edəcəklər, oktyabrın 30-dək onların qeydiyyatı başa çatmalıdır. MSK rəhbəri bildirmişdir ki, uçotdan çıxma şəhadətnamələrinin bütün tirajı (2 milyon 600 min nüsxə) çap edilmiş və bu sənədlərin RF subyektlərinə daşınması prosesi artıq başlanmışdır.
Vladimir Çurov onu da bildirmişdir ki, Federasiya Şurası 2011-ci il noyabrın 24-dən tez və dekabrın 4-dən gec olmamaq şərti ilə RF prezidenti seçkilərinin tarixi haqqında qərar qəbul etməlidir.
Vladimir Çurov dəqiqləşdirmişdir ki, seçkilər 2012-ci il martın 4-də keçiriləcəkdir.
Rusiya seçki qanunvericiliyinə uyğun olaraq hər bir partiya seçki siyahısının federal hissəsinə ən çoxu 10 namizəd təqdim edə bilər.
Hakim "Yedinaya Rossiya" partiyası 2011-ci il sentyabrın 24-də öz qurultayında Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevi "Yedinaya Rossiya" partiyasından Dövlət Dumasına seçki siyahısının federal hissəsində yeganə namizəd kimi təsdiq etmişdir.

{nl}

Asya HACIZADƏ AzərTAc-ın xüsusi müxbiri  
Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında