Yos GEERTS: Müasirliklə qədimliyin elementlərini özündə birləşdirən Bakının ürəkləri sehirləyən gözəlliyinə valeh olmuşam

Bakıda gördüyüm sürətli inkişaf məni çox sevindirir. Müasirliklə qədimliyi özündə birləşdirən bu şəhərin ürəkləri sehirləyən gözəlliyinə valeh olmuşam. Bakı gündən-günə gözəlləşir. Azərbaycana səfərim məndə böyük təəssürat yaratmışdır.  
Bu sözləri Bakıda Azərbaycan dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş beynəlxalq bayram tədbirində iştirak edən Belçika-Azərbaycan əlaqə bürosunun sədri Yos Geerts demişdir.
Tədbirin yüksək səviyyədə təşkil edildiyini bildirən qonaq vurğulamışdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq tədbirdə nitqi məni heyran etmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Y.Geerts qeyd etmişdir ki, bu məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir.
Qonaq onu da vurğulamışdır ki, Azərbaycanda ekologiya sahəsinin inkişafı ilə bağlı mühüm işlər görülür. Belçika ekologiya sahəsində Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında