Bişkekdə nəşr olunan "Türkel" qəzetində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyəti haqqında geniş material dərc olunmuşdur

Bişkekdə Azərbaycan, qırğız, türk və rus dillərində nəşr olunan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və digər ölkələrdə yayılan "Türkel" qəzetinin bu günlərdə çapdan çıxmış son nömrəsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyətinə dair türk və rus dillərində geniş material dərc olunmuşdur.
Məqalədə Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin dünyada təbliği, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətindəki fəaliyyəti, ölkəmizdə səhiyyənin və təhsilin inkişafına verdiyi töhfələr və s. haqqında ətraflı məlumat verilir.
"Türkel" qəzetinin baş redaktoru, filologiya elmləri namizədi Ramiz Məşədihəsənli bildirmişdir ki, Türkiyə Prezidenti Abdullah Gülün himayəsi və dəstəyi ilə nəşr edilən "Altın Köprü" jurnalının növbəti nömrəsində də Mehriban xanım Əliyevanın fəaliyyətinə dair geniş məqalə veriləcəkdir. İlin sonunadək isə Bişkekdə "Türkel" Beynəlxalq İctimai Təşkilatı tərəfindən Azərbaycanın birinci xanımının fəaliyyətinə həsr olunmuş "Mehriban Əliyeva və Azərbaycan mədəniyyəti" mövzusunda "dəyirmi masa" keçirilməsi nəzərdə tutulmuşdur.

{nl}

Qulu KƏNGƏRLİ, AzərTAc-ın xüsusi müxbiri
Bişkek

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında