Azərbaycanın xarici işlər naziri BMT Baş Məclisinin 66-cı sessiyası çərçivəsində bir sıra görüşlər keçirmişdir

BMT Baş Məclisinin 66-cı sessiyasının ümumi müzakirələrində iştirak edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Şimali Kipr xalqının lideri Dərviş Eroğlu, Tuvalunun Baş naziri Villi Telavi, Böyük Britaniyanın xarici işlər üzrə dövlət naziri Lord Hovel, Bolqarıstanın xarici işlər naziri Nikolay Mladenov, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filipp Lefort və Ərəb Dövlətləri Liqasının baş katibi Nəbil Əl Ərəbi ilə görüşlər keçirmişdir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, görüşlərdə ikitərəfli münasibətlərin hazırkı vəziyyətinə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, iqtisadi və enerji sahələrinə dair məsələlər müzakirə edilmiş, eyni zamanda, qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.
E.Məmmədyarov, həmçinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin xarici işlər nazirlərinin toplantısında da iştirak etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında