Səudiyyə Ərəbistanı Krallığı ilə dinlərarası münasibətlər inkişaf edir

Sentyabrın 23-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının İslam, vəqflər, dəvət və irşad işləri nazirinin müavini Əbdüləziz ibn Abdullah əl-Əmmarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
A.Paşazadə ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu məmnunluqla qeyd etmişdir. Bu yaxınlarda Səudiyyə Ərəbistanına səfəri çərçivəsində keçirilmiş görüşlər barədə danışan A.Paşazadə demişdir ki, həm dini, həm də siyasi əlaqələrin güclənməsi dövlətlər arasında qarşılıqlı əlaqələrin inkişafına təkan verir. Ölkəmizdə dinə, milli mənəvi dəyərlərə yüksək qiymət verildiyini vurğulayan A.Paşazadə Azərbaycanda vaxtilə 18 məscidin fəaliyyət göstərdiyini, indi isə bunların sayının 800-dən çox olduğunu diqqətə çatdırmış, yeni məscid binalarının tikildiyini, yenidənqurma işlərinin aparıldığını diqqətə çatdırmışdır.
Nazir müavini Əbdüləziz ibn Abdullah əl-Əmmar ölkəsi ilə Azərbaycan arasında dost və qardaş münasibətlərin olmasından məmnunluğunu ifadə etmişdir. QMİ ilə təmsil etdiyi nazirlik arasında əməkdaşlıq əlaqələrindən danışan qonaq İslam əlyazmaları ilə bağlı dəqiq araşdırmaların aparılmasının vacibliyini bildirmişdir. Əbdüləziz ibn Abdullah əl-Əmmar Səudiyyə Ərəbistanının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətinin birmənalı və dəyişməz olduğunu, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini xatırlatmışdır.
Görüşdə iki ölkə arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulanmış, dinlərarası münasibətlər və digər aktual məsələlər müzakirə olunmuşdur.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında