"Bakı" jurnalının ingilisdilli versiyası təqdim olunacaqdır

Cari ilin oktyabrında Londonda Moskvada dərc olunan "Bakı" jurnalının ingilisdilli versiyası təqdim olunacaqdır.
Yeni jurnal 2007-ci ildən Rusiyada dərc olunan rusdilli analoqu kimi, indi artıq ingilisdilli oxucunu Xəzərin sahillərindəki Odlar yurdunun mədəniyyəti, zəngin tarixi, gözəl və müdrik ənənələri ilə tanış etməklə yanaşı, həm də azərbaycanlıların müasir həyatından bəhs edəcəkdir.
"Bakı" Azərbaycanı və onun paytaxtını yenidən kəşf etməkdə, onun xalqının yaxşı cəhətlərini üzə çıxarmaqda dünyaya kömək edəcəkdir. Bu jurnal böyük şəhərin vizit kartı, nəhəng dünyanın interyerində ölkənin portreti olacaqdır.
Bundan başqa, "Bakı" jurnalının rübdə bir dəfə buraxılması nəzərdə tutulan ingilisdilli versiyasında incəsənət haqqında maraqlı materiallar toplanacaqdır. Onun qəhrəmanları müasir şah əsərlərin məşhur müəllifləri olacaq, jurnalın səhifələrini bədii fotoqrafiyanın tanınmış ustalarının işləri bəzəyəcəkdir.
"Bakı" jurnalının ingilisdilli layihəsi məşhur "Conde Nast" nəşriyyat evi tərəfindən həyata keçirilir. Jurnal Böyük Britaniya ilə yanaşı, həm də Fransa, ABŞ, İtaliya və digər ölkələrdə yayılacaqdır.
Jurnalın baş redaktoru Leyla Əliyevanın sözlərinə görə, "Bakı" Şərq və Qərbin birləşdiyi və bir-birini ahəngdar tamamlayan məkan kimi Azərbaycanın həyat tərzi və fəlsəfəsini bütün dünyaya parlaq şəkildə təqdim edə biləcəkdir. "Bakı" jurnalının rusdilli versiyasının uğuru jurnalın ingilisdilli versiyasının da oxucularda böyük marağa səbəb olacağına ümid verir.
"Conde Nast" nəşriyyat evində layihənin uğurlu olacağına əmindirlər, çünki dünyada tanınmış şirkətin təcrübəsi, həmçinin Leyla Əliyevanın yaradıcı yanaşması nəticəsində, şübhəsiz ki, ən geniş oxucu kütləsinin rəğbətini qazanacaq tamamilə nadir nəşr dünya bazarına çıxır. "Bakı" jurnalı incəsənətdə və dəbdə müasir axınların önündə olmaq niyyətindədir və Qərb, Şərq, Azərbaycan və bütün dünyadan bu sahələrin aparıcı xadimləri arasında yaradıcılıq ünsiyyəti üçün çox gözəl meydança ola bilər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında