Avropa Komissiyası enerji sahəsində Aİ-nin xarici əlaqələri üçün strategiya təklif etmişdir

Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Günter Ottinger və Qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle enerji sahəsində qonşu ölkələrlə əməkdaşlıq barədə birgə müraciətlə çıxış etmişlər.
Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyindən AzərTAc-a daxil olmuş müraciətdə deyilir ki, Aİ enerji sahəsində öz qonşularından çox asılıdır. Biz qazın 60 faizindən çoxunu əsas etibarilə qonşuluqda olan ölkələrdən idxal edirik. Növbəti onilliklərdə idxaldan asılılıq artdıqca, Aİ ölkələrinə enerjinin təchizatı və tranzitində qonşularımızın mühüm rolu daha da yüksələcəkdir. Öz daxili qaydalarımıza riayət etdiyimiz kimi, sərhədlərimizdən kənarda maraq doğuran ətraf mühitin qorunması, təhlükəsizlik və davamlı inkişaf məsələlərinə də eyni dərəcədə riayət edirik. Ekoloji və ya maliyyə baxımından qeyri-səmərəli enerji sistemləri Aİ-yə birbaşa təsir göstərir.
Qonşularla tərəfdaşlıq və əməkdaşlığın vaxt itirmədən inkişaf etdirilməli olduğunun və buna da prinsip kimi, baxıldığının qeyd edildiyi müraciətdə bildirilir ki, bu səbəbdən də Avropa Komissiyası ilk addım olaraq enerji sahəsində Aİ-nin xarici əlaqələri üçün strategiya təklif etmişdir.
Uyğun qaydalar toplusu əsasında Aİ ilə qonşuluqda olan daha çox ölkəni əhatə edən şaxələndirilmiş enerji bazarı qurmaq, eyni zamanda, qonşularımızın səciyyəvi ehtiyac və prioritetlərinə hörmətlə yanaşmaq bizim məqsədimizdir. Aİ-nin enerji infrastrukturu şəbəkəsi ilə qonşu ölkələrin şəbəkəsi arasındakı əlaqələri genişləndirmək və şaxələndirmə məsələsi də buraya daxildir. Real bazarların təmin edilməsi və onların inkişafı üçün daha yaxından işləmək niyyətindəyik. Enerji Birliyi Sazişi də genişlənərək, "Şərq tərəfdaşlığı" ölkələrindən olan tərəfdaşlarımızı da əhatə edəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında