Şərq ilə Qərbi özündə birləşdirən Bakının köhnə küçələri mənə Parisi xatırladır

"Azərbaycanın çox sürətlə inkişaf etdiyinin şahidiyəm. Sizin ölkəyə ilk səfərim 10 il bundan əvvəl baş tutmuşdur. Bu müddət ərzində inanılmaz tərəqqi və inkişaf sayəsində Bakı daha da gözəlləşib, yeni, müasir binalar inşa edilib, infrastruktur yenilənibdir. 
Qısa bir vaxtda Bakı tamam başqa bir görkəm alıb. Bu gün dünyanın heç bir yerində və heç bir şəhərində bu qədər sürətli abadlıq və bərpa işləri aparılmır. Bu, özlüyündə bir daha göstərir ki, paytaxtın, eləcə də Azərbaycanın inkişafı dövlətin diqqət mərkzəindədir. Bu olduqca yaxşı haldır. Bu istiqamətdə hökumətiniz çox böyük işlər görür. Şərq ilə Qərbi özündə birləşdirən Bakının köhnə küçələri mənə Parisi xatırladır".
Bu sözləri Avstriya Parlamentinin üzvü Karl Öllinger Bakıda dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş Beynəlxalq bayram tədbiri çərçivəsində AzərTAc-a müsahibəsində demişdir.
Qonaq vurğulamışdır ki, bütün görülmüş işlər bir daha göstərir ki, müstəqilliyinin bərpasının 20-ci ildönümünü qeyd edən Azərbaycan inamla irəliləyərək, daha uca zirvələr fəth edəcəkdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında