Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Komitəsinin 12-ci iclası

Sentyabrın 23-də "Hyatt Regency" hotelində Avropa İttifaqı (Aİ) - Azərbaycan Əməkdaşlıq Komitəsinin 12-ci iclası keçirilmişdir. 
Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, Aİ tərəfinə isə Avropa Xarici Fəaliyyət Xidmətinin direktoru Qunnar Viqand rəhbərlik etmişdir.
Ölkəmiz ilə Aİ arasında əlaqələrin hərtərəfli təhlil olunması baxımından tədbirin əhəmiyyətini vurğulayan M.Məmmədquliyev qeyd etmişdir ki, hər il keçirilən iclaslarda Azərbaycan - Aİ əməkdaşlığı çərçivəsində görülən işlər, əldə olunan nailiyyətlər müzakirə olunur və müvafiq qərarlar qəbul edilir. Komitənin gündəliyinə aid olan məsələlər Azərbaycan ilə Aİ arasında əməkdaşlıq və tərəfdaşlıq sənədlərində də öz əksini tapmışdır.
Azərbaycan-Aİ əməkdaşlığının nəticələrini müsbət qiymətləndirən M.Məmmədquliyev hələ də müzakirə ediləcək məsələlərin mövcud olduğunu bildirmişdir.
İclasda Avropa Qonşuluq Siyasəti və "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, qanunun aliliyi, demokratiya və idarəçilik, insan hüquqları və fundamental azadlıqlar, Aİ-nin yardım proqramları, o cümlədən regional əməkdaşlıq və hərtərəfli institusional quruculuq məsələləri müzakirə olunmuşdur.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında