Prezident İlham Əliyevin dövlətin inkişafı, xalqın firavan yaşaması naminə gördüyü işlər göz qabağındadır

"Azərbaycana tez-tez səfər edirəm və bu ölkəni çox sevirəm. Azərbaycan çox zəngin və gözəl bir ölkədir. Paytaxt Bakı günbəgün gözəlləşir. Bütün bu işlərin əsas təşəbbüskarı sözsüz ki, Azərbaycan dövlətidir. Prezident İlham Əliyevin dövlətin inkişafı, xalqın firavan yaşaması naminə gördüyü işlər göz qabağındadır".
Bu sözləri Azərbaycanın dövlət müstəqilliyinin iyirminci ildönümünə həsr olunmuş Beynəlxalq bayram tədbirində iştirak edən Fransanın Nəqliyyat Nazirliyinin nümayəndəsi Pyer Bönolyel demişdir.
"Ölkəmizin sürətli inkişafını yüksək qiymətləndirən qonaq diqqətə çatdırmışdır ki, Azərbaycan bir neçə ildən sonra dünyanın ən nüfuzlu ölkələrindən birinə çevriləcəkdir.
Düzdür, zaman baxımından 20 il heç də böyük tarix deyil, amma bu illər ərzində görülmüş işlərə nəzər salanda bir daha əmin olursan ki, qısa bir vaxtda böyük uğurlara imza atmaq mumkündür. Azərbaycanda müstəqillik illərində görülmüş işlər və nəzərdə tutulmuş layihələr bir daha göstərir ki, bu ölkəni xoşbəxt bir gələcək gözələyir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, umumiyyətlə, Cənubi Qafqazaın inkişafına bir maneə olduğunu söyləyən Pyer Bönolyel bildirmişdir ki, bu məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə həll olunmalıdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında